20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycanda gənclər hərəkatının müasir vəziyyəti” mövzusunda tədbir keçirilib.

Tələbələri bayram münasibətilə təbrik edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Bildirilib ki, ulu öndərimizin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı artırılıb, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsipləri müəyyənləşdirilib, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakı təmin olunub, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şərait yaradılıb. Xalqımızın böyük oğlu Heydər Əliyev 1995-ci ildə Azərbaycan gənc­lərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildən isə 2 fevral ölkəmizdə Gənc­lər Günü kimi qeyd olunur.

Sonra universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyevin və İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmməd­ovanın mövzu ilə bağlı çıxışları olub. Vurğulanıb ki, hər bir Azərbaycan gənci öz tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilərək, hörmətlə yanaşaraq və onları yaşadaraq ölkəsinə layiqli vətəndaş, peşəkar mütəxəssis və gözəl insan kimi formalaşmağı qarşısına məqsəd qoymalıdır.
Diskussiya şəklində davam edən tədbirdə müasir Azərbaycan gəncliyinin aktual problemləri və onların həlli yolları, milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması və qorunması, mənəvi-əxlaqi keyfiyyətlərin artırılması kimi məsələlər geniş müzakirə olunub.

Nərmin CABBAROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041000
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2426
5384
18232
92331
3041000

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter