18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bəs qanuna necə əməl edirik?

İnkişaf edən sivil cəmiyyətə xas olan mühüm keyfiyyətlərdən biri hər kəsin əmlaka sahib olması, həmin əmlakın bəhrəsindən istifadə edə bilməsidir. Bunun təmin olunması ən təməl insan hüquqlarından biridir və müstəqil ölkəmizdə qüvvədə olan qanunlarda da əmlaka, xüsusən daşınmaz əmlaka sahib olma, ondan gəlir götürmə hüquqları dəqiq əks olunub. Başqa sözlə, digər əmlak münasibətləri kimi, daşınmaz əmlakdan istifadə və ondan gəlir götürmək, yəni ev, mənzil kimi yaşayış sahələrini icarəyə verməklə onlardan gəlirlər əldə etmək üçün dövlət hər bir vətəndaşına zəmanət verir. Bazar iqtisadiyyatının, azad, demokratik cəmiyyətin də hər bir vətəndaşına yaratdığı imkanlar məhz bunlardır.

 

Ancaq azad cəmiyyətdə yaşamaq üçün dövlətin güclü, maliyyə imkanlarının geniş olması vacib şərtdir. Bu isə hər bir vətəndaşın, iqtisadi fəaliyyətlə məşğul olan hər bir sahibkarın dövlət büdcəsinə vergi ödəməklə bu gücün yaranmasına öz töhfəsini verməklə mümkündür. Əks halda, maliyyə imkanları az, iqtisadi cəhətdən zəif olan dövlətdən belə zəmanət ummaq heç kəsin haqqı deyildir. Halbuki hər bir vətəndaş üçün qazandığı gəlirlərdən vergi ödəmək bir mədəniyyətdir. Hələ ibtidai cəmiyyətlərdə vergidən yayınmaq ən ağır cinayətlərdən biri kimi dövlətə xəyanətlə bərabər tutulub, müvafiq cəza tədbirləri görülüb.

Müasir dövrdə ölkəmizdə mütərəqqi vergi sistemi qurulub. Sahibkarlıq fəaliyyəti genişlənib, vergi ödəyicilərinin sayı artdıqca dövlət büdcəsinə daxilolmaların həcmi artır ki, bu da büdcə xərcləri kimi ölkəmizin müdafiəsində, güclü asayişimizdə, uşaqlarımızın təhsilində, vətəndaşlarımızın sağlamlığında və digər rifahımızda özünü göstərir. Ancaq ilk araşdırmalar göstərir ki, bəzi insanlar kifayət qədər gəlirli sahibkarlıqla məşğul olduqları halda hələ də öz qazanclarından vətəndaşı olduqları dövlətin büdcəsinə vergi ödəməkdən yayınmağa çalışırlar. Öz ehtiyacı üçün lazım olandan artıq sayda ev və fərdi mənzilə sahib olan vətəndaşların bu daşınmaz əmlaklarını digər vətəndaşlara müqaviləsiz qaydada icarəyə verməklə kifayət qədər gəlir əldə etdikləri halda, onların vergidən yayınmaları belə hallardandır.
Daşınmaz əmlakdan bəhər götürülməsi məqsədilə onun kirayə verilməsi qanunvericiliklə qadağan olunmadığı üçün əmlak sahibinin və kirayə götürən tərəfin də qanunla müəyyən olunmuş konkret hüquq və vəzifələri vardır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1, 150.1.6 və 150.2-ci maddələrinə əsasən, bəhər məqsədilə əmlakını kirayə verən şəxsin gəlirindən 14 faiz dərəcə ilə vergi tutulur. Əgər bağlanılan kirayə müqaviləsinin tərəfləri fiziki şəxslər olarsa tərəflərdən biri vergi orqanlarında uçotda olmalı və ödənilən kirayə məbləğindən 14 faiz dərəcə ilə vergi ödənməsini həyata keçirməlidir. Bu zaman qanuna əsasən, kirayə müqaviləsinə imza atan tərəflərdən biri, məsələn, əmlakı kirayə götürən şəxs kirayə məbləğindən vergi ödəyərsə, o zaman eyni gəlir mənbəyi kimi daşınmaz əmlakını kirayə verən şəxsin gəlirindən vergi tutulmur.
Evini kirayə verən fiziki şəxsin vergidə izi olması üçün çox da çətin prosedur tələb olunmur. Bu işin rəsmiləşdirilməsi məqsədilə tərəflərin şəxsiyyət vəsiqələri və əmlak haqqında müvafiq sənədlərlə birgə notarial xidmətlərə müraciət etməsi kifayətdir. Şübhəsiz, qısa müddətdə və cüzi xidmət haqqı müqabilində rəsmiləşdirilən belə kirayə müqavilələri dövlət büdcəsinin qazancın­dan əlavə digər dövlət orqanları və eləcə də vətəndaşların özləri üçün faydalıdır. Belə ki, yerli idarəetmə orqanları, mənzil-istismar sahələri və asayiş keşikçiləri üçün kimin hansı mənzildə yaşadığının rəsmi şəkildə bilinməsi çox vacibdir. Daimi qeydiyyatda duran sakinlər üçün bu məsələnin həlli o qədər də çətin deyildir. Ancaq yaşayış məqsədilə daşınmaz əmlakı kirayə yolla istifadə edənlərin hər hansı yerli orqan tərəfindən tanınmaması belə məsələlərin həllinə, o cümlədən daşınmaz əmlakın icbari sığortası üzrə aparılan işlərə mənfi təsir edir. Digər bir tərəfdən, rəsmiləşdirilməyən kirayə müqavilələri zamanı çox tez-tez rast gəlinən hallardan biri yığışıb qalmış kirayə haqlarının ödənilməməsi, kirayəçinin mənzilə külli miqdarda maddi ziyan vurması və yaxud gözlənilməz hadisələr zamanı əmla­kın zərər görməsi kimi mübahisələr yarandıqda həmin məsələlərin hüquqi həllinin mümkün olmamasıdır. Belə olduqda əmlakı kirayə verən və ya kirayə götürən şəxsin notarial qaydada müqaviləsinin olmasının əhəmiyyəti açıqca görünür.
Mövzu ilə bağlı Naxçıvan şəhərində kiçik bir araşdırma apardıq. Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri və əhali gəlirlərinin artması fərdi mənzillərin də sayını artırıb. Daşınmaz əmlak sahibləri arasında şəxsi istifadəsindən əlavə bir, iki, üç və daha çox mənzili olanlar da az deyil. Mənzil kirayəsi biznesi ilə məşğul olan vasitəçi sahibkarlarla söhbətlərimizdə Naxçıvan şəhərində mövcud qiymətlərə əsasən kirayə haqlarının orta hesabla 150-300 manat arasında dəyişdiyini bildirdilər. Bundan əlavə, mövzu ilə əlaqədar müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevdən aldığımız məlumata əsasən, ötən il muxtar respublika üzrə 249 kirayə müqaviləsi bağlanılıb. 2016-cı ildə daşınar və daşınmaz əmlakını icarəyə vermiş 500 fiziki şəxsdən dövlət büdcəsinə 121 min 590 manat məbləğində vəsait daxil olub. Bu rəqəm 2015-ci illə müqayisədə, təqribən, 34 min manat çoxdur. Amma bilirik ki, təqribən, 10 mindən çox ev və mənzilin olduğu Naxçıvan şəhəri üzrə 249-dan çox ev və mənzil kirayə verilib. Büdcəyə ödənmiş 121 min 590 manat məbləğin bir qisminin daşınar əmlakın kirayəsindən daxil olduğunu nəzərə alsaq, digər mənzil kirayəçilərinin müqaviləsiz olaraq yaşadığına və vergidən yayındıqlarına şübhə yeri qalmır. Əgər belə olmasaydı, vergiyə məlum olan müqavilə sayı bundan azı 3-4 dəfə çox, büdcəyə daxil olan vəsait də müvafiq olaraq artıq ola bilərdi. Büdcə isə bütün ölkə vətəndaşlarının xərclərini ödəyən bir mənbədir.

 

Kirayə verilmiş əmlaka görə ödənmiş kirayə haqqının vergiyə cəlb edilməməsi halında mövcud qanunvericiliyə görə məsuliyyət də müəyyən olunub. Belə ki, bu sahədə vergidən yayınmağa görə vergi ödəyiciləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57, 58 və 59-cu maddələrinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, həmin maddələrə əsasən müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına və əldə etdiyi və ya ödədiyi kirayə haqlarına görə vergi orqanlarına hesabat təqdim olunmamasına görə 80 manata qədər, habelə vergi məbləğinin bilərəkdən azaldılmasına görə yayındırılmış məbləğin 50 faizi qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir. Odur ki, əmlakını kirayə verən hər bir vətəndaş ölkəmizin vergi qanunvericiliyinin tələblərinə ciddi əməl etməli, qazandığı məbləğdən dövlət büdcəsinə vaxtında və tam vergi ödəməlidir.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245057
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10283
22591
67111
295360
6245057

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter