11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmməd­ov çıxış edərək bildirib ki, yaxın keçmişdə iri şəhərlərin dəmiryol vağzallarında, hava limanlarında, əhalinin daha sıx olduğu məkanlarda tapılmış əşyaların qəbulu və sahibinə qaytarılması üçün məntəqələr yaradılırdı. Vətəndaşlar tapdıqları əşyaları həmin məntəqələrə təhvil verir, əşyasını itirənlər isə həmin məntəqələrə müraciət edərək onlara məxsus əşyanı geri ala bilirdilər. Hazırda bu cür xidmət bir çox inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir.
Qeyd olunub ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti fəaliyyətə başlayıb. Bu xidmət heç bir rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb.
Muxtar respublikada hazırda 172 poçt məntəqəsinin fəaliyyət göstərdiyini deyən nazir bildirib ki, bu məntəqələr bütün yaşayış ərazilərini əhatə edir. Poçt məntəqələrinə əhalinin bütün təbəqələrinin tez-tez müraciət etdiyini nəzərə alsaq, İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlaması ən uyğun variantdır. Belə ki, vətəndaşlar tərəfindən tapılan əşyalar həmin bölgədəki ən yaxın poçt məntəqəsinə təhvil verilə bilər. Təhvil verilən əşyalar poçt bölməsində müvafiq kitablarda təlimata uyğun qeydiyyata alınır. Əşyasını itirənlər isə əşyanı itirdiklərini güman etdikləri əraziyə yaxın poçt məntəqəsinə və ya “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin 225 nömrəli qaynar xəttinə zəng edib məlumat ala bilərlər. Əgər əşya tapılıbsa, əşya sahibi poçt məntəqəsinə şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşıb təlimata uyğun ona məxsus əşyanı təhvil ala bilər.

Bundan əlavə, vətəndaşlar “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud itirdikləri əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Bunun üçün saytda iki altbölmə yaradılıb. Əşyanı tapanlar, yaxud itirənlər xüsusi müraciət formasını dolduraraq tam məlumatı saytın administratoruna göndərirlər. Məlumat yoxlandıqdan sonra saytın “Tapılan əşyalar”, yaxud “İtən əşyalar” altbölməsinə yerləşdirilir. Eyni zamanda poçt məntəqəsinə təhvil verilən əşyalar da qeyd olunan saytın “Tapılan əşyalar” altbölməsinə yerləşdirilir.
Qeyd olunub ki, 225 qısa nömrəli telefon xətti həftənin 5 günü iş saatlarında vətəndaşların xidmətindədir.
Sonra “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Sadiqov elektron lövhə vasitəsilə “Naxçıvanpoçt” MMC-nin rəsmi internet saytında “İtirilən əşyaların qeydiyyatı” bölməsi, onun quruluşu və iş prinsipi haqqında ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrinin, eləcə də “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon filiallarının məsul şəxslərinin iştirak etdiyi tədbirə rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390525
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5141
5214
10355
49692
3390525

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter