19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Sürət, komfort, təhlükəsizlik və prestij. Bütün bunlar müasir insanların hər gün istifadə etdiyi xidmətlərin əsas göstəriciləri, cəmiyyətin müasirləşməsinin, sosial həyatın yaxşılaşmasının mühüm şərtlərindəndir. İqtisadi fəallığı artıran sürətli və rahat rabitə xidmətləri bu baxımdan ümumi inkişafımızın nəticəsi və onun əsas amillərindən biridir. 

XX əsrin mühüm yeniliklərindən biri olan internet və mobil rabitə xidmətləri cəmiyyət həyatında köklü dəyişikliklərə səbəb olmaqla, iqtisadiyyatın digər sahələrində də yeni yüksəlişə stimul verib. Yüksək texnologiyaların fərdi istifadəyə qədər genişlənib yayılması bir zamanlar əlçatmaz kimi görünən xəyalları real etməklə, insan həyatının bütün sahələrində – evdə, işdə, səyahətdə tətbiq oluna biləcək yeniliklərin sonsuz olacağını da sübut etdi. Ötən ilin payızında muxtar respublikamızda 4-cü nəsil mobil rabitə xidmətlərinin istifadəyə verilməsi və naxçıvanlıların bu müasir xidmət növünə böyük marağı bir daha göstərdi ki, gələcək inkişafa doğru atılan hər bir addım həmişə təqdir olunur, cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır.

Naxtel və ya rəsmi əmtəə nişanı ilə desək, Naxtel 4G ölkəmizdə fəaliyyət göstərən ən yeni mobil rabitə operatoru kimi bu sahədəki işinə bir çox yeniliklərlə başlayıb. Belə ki, Naxtel Naxçıvan Muxtar Respublikası ərazisində quraşdırılmış 98 baza stansiyası ilə muxtar respublikamızın, demək olar ki, bütün ərazisində yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri göstərir. Bunun sayəsində muxtar respublika əhalisinin bir qisminin indiyə qədər istifadə etdiyi mobil internetin sürəti 10 dəfə artıb. Ona görə bir qismi deyirik ki, indiyə qədər Naxçıvan Muxtar Respublikasının yalnız paytaxtı və ona yaxın ərazilərində, rayon mərkəzləri ilə onlara yaxın iri yaşayış məntəqələrində digər operatorların 3G mobil şəbəkəsindən istifadə mümkün idi. Öz fəaliyyətində kommersiya maraqlarını deyil, müştəri məmnuniyyətini, muxtar respublikanın hətta ən ucqar kiçik dağ kəndləri əhalisinin tələbatlarının ödənilməsini əsas tutan Naxtelin yaradılması bu baxımdan mühüm sosial-iqtisadi əhəmiyyətli hadisədir.
Naxtel 4G geniş texniki imkanlarla mühüm yeniliklərə malikdir. Bu yeniliklər barəsində oxucularımıza məlumat verməyini xahiş etdiyimiz “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Marketinq, rominq və mühasibatlıq şöbəsinin müdiri Elgün İbrahimov bildirdi ki, 2016-cı ilin oktyabr ayında fəaliyyətə başlayan Naxtel 4G mobil rabitə xidmətlərinə çox sayda yeniliklər gətirib. Naxtelin məqsədi müasir, yeni nəsil texnologiyalardan istifadə etməklə vətəndaşlara yüksəkkeyfiyyətli mobil xidmətlər təqdim etmək, işgüzar fəaliyyətə töhfə verməkdir. Artıq ötən qısa müddət ərzində abunəçilərimizin sayı 10 mini ötüb. Təklif etdiyimiz xidmətlərə göstərilən böyük maraqdır ki, hər gün orta hesabla 150-200 nəfər Naxtel abunəçiləri sırasına qoşulur. Bu mənada, yeni il ərəfəsindən başlatdığımız kampaniyaları da xüsusilə qeyd etmək olar. Belə ki, Naxtelə qoşulan hər yeni abunəçiyə 100 dəqiqə şəbəkədaxili danışıq və 2 Gb internet, habelə Naxteldən yeni nömrə və bir ədəd 50 manatlıq ödəmə kartı alana Huawei Y221 mobil telefonu hədiyyə edən kampaniyalar qısa müddətdə populyarlıq qazanıb.
Yaradıldığı gündən “Gələcəyə doğru” şüarı ilə işə başlayan “Naxtel” MMC qısa zamanda öz fəaliyyət coğrafiyasını genişləndirib. Əhalidən artan tələbi ödəmək məqsədilə Naxçıvan şəhərində bir neçə yerdə, muxtar respublikanın bütün rayon mərkəzlərində, habelə hər rayonun 10-a yaxın kəndində mobil rabitə istifadəçilərinə yüksəkkeyfiyyətli Naxtel 4G xidmətləri göstərilməsi üçün lazımi şərait yaradılıb. İqtisadi və sosial inkişaf baxımından mühüm şərt olan bölgələrdə yeni iş yerlərinin yaradılmasında da bu müəssisənin payı böyükdür. Belə ki, Naxtelin bütün idarəetmə, satış və texniki xidmət və sair strukturları üzrə xeyli sayda muxtar respublika sakini daimi işlə təmin olunub. Müasir telekommunikasiya xidmətlərinin əsas tələblərindən biri olan gülərüz xidmət, yüksək peşəkarlıq və dəqiqlik Naxtel işçilərinin mənimsədiyi əsas keyfiyyətlərdəndir. Müasir istehlakçının, xüsusən telekommunikasiya xidmətləri istehlakçılarının bu sahədəki yüksək həssaslığını nəzərə alan Naxtel öz müştəriləri ilə iş prosesində bütün mütərəqqi üsul və vasitələrdən istifadə edir. İnternet istifadəçilərinin Azərbaycan, ingilis və rus dillərində hər cür lazımi informasiya ala biləcəyi www.naxtel.az saytında Naxtel abunəçiləri burada tarif seçimindən kampaniyalardan faydalanmağa, onlayn ödəmədən rominq xidmətlərinə, toplu SMS xidmətlərindən GPS monitorinq xidmətlərinə qədər bütün məlumatları onlayn qaydada əldə edə, saytdakı canlı dəstək bölümündən Naxtel 4G operatoru ilə birbaşa əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala bilərlər. Müştərilərlə effektiv və operativ əlaqə qurulması məqsədilə sosial şəbəkələr vasitəsilə də Naxtellə abunəçilər arasında etibarlı əməkdaşlıq təmin olunub. Saytda yerləşdirilmiş keçidlər vasitəsilə istənilən Facebook, Twitter, İnstagram və YouTube istifadəçisinin Naxtel xidmətləri ilə tanış olmaq, bunlar haqqında çox sürətli və dəqiq məlumat almaq imkanları vardır. Eyni zamanda 299 nömrəli məlumat xidməti vasitəsilə müştərilər Naxtel 4G xidmətləri haqqında ətraflı məlumat ala bilərlər.
“Naxtel” MMC-nin təklif etdiyi xidmətlərdən biri olan GPS monitorinq müasir telekommunikasiyanın ən yeni nailiyyətlərinin iqtisadiyyatdakı tətbiqi nümunəsidir. Belə ki, bu texnologiyanın tətbiqi ilə nəqliyyat vasitələrinin hərəkətini izləmək, təhlükəsizliyə nail olmaq, yanacaq xərclərinə qənaət etmək, əmək intizamına, texnikanın istismarına nəzarəti gücləndirmək mümkündür. Naxtelin təklif etdiyi GPS monitorinq avadanlıqları quraşdırılmış nəqliyyat vasitələrinin marşrutlar boyu yollarda və dayanacaqlarda boş vaxt itirməsi, müəyyən olunmuş qrafikdən kənara çıxması, aid olduğu müəssisəyə iqtisadi zərər vurması və sərnişinlərə yarıtmaz xidmət göstərməsi halları da tamamən azalır.
Naxtel uğurlu iqtisadi layihə kimi, eyni zamanda geniş sosial məsuliyyət nümayiş etdirir. Abunəçilərə seçim imkanlarında geniş sərbəstlik verilməsi, korporativ müştərilər üçün ən müxtəlif variantlarda sərfəli zəng, SMS və internet xidmətlərinin təklifi, əhalinin az gəlirli, ancaq ən fəal internet istifadəçisi təbəqəsi olan tələbələr üçün xüsusi tarif planının təqdimi Naxtelin sosial əməkdaşlıqda açıq xətt izlədiyini göstərir. Belə ki, Naxteldən nömrə alan tələbələr bir dəqiqəlik tarifdaxili zənglər üçün cəmi 1 qəpik, şəbəkədaxili zənglər üçün 2 qəpik, digər istiqamətlərə zənglər üçün 4 qəpik, internetin 1 meqabaytı üçün isə 1 qəpik ödəməklə xidmətlərdən rahatca istifadə edə bilirlər. Eyni güzəştli xidmətlər digər ön ödəməli tariflər olan Arzu paketi (500 dəqiqə, 500 SMS və 4 Gb internet bonusu) və Sadə paketdə də (şəbəkədaxili zənglər üçün 2 qəpik və 2 Gb internet bonusu) vardır. Mobil xidmətlərdən çox istifadə edənlər üçün təklif olunan fakturalı xətlər olan Elit paketdə tarifdaxili zənglər üçün 1 qəpik və bonus olaraq 5Gb internet müəyyən olunub. Abunəçilər üçün tarifdaxili zənglərin ay ərzində tamamən pulsuz olduğu, ayrıca bonus olaraq 1000 dəqiqə, 1000 SMS və 8 Gb internetin təqdim edildiyi Xəyal paketi isə, sözün əsl mənasında, müasir işgüzar mobil rabitə istifadəçilərinin xəyallarını reallığa çevirən bir seçimdir. Öz abunəçilərinə danışıq dəqiqələrini və interneti az qala qram-qram verən bəzi operatorlardan fərqli olaraq Naxtelin tarif planları müştərilər üçün çox cazibədar olub, hər bir vətəndaşın büdcəsinə uyğun, iqtisadi cəhətdən sərfəlidir.

Gənc mütəxəssislə qısa söhbətdən yaxşı təəssürat almışdım. Ofisdən ayrılarkən, ondan müəssisənin xidmətləri haqqında hazırladığı məlumatları elektron poçtuma göndərməyi xahiş etdiyimdə, o, iş masasındakı kompüterin düyməsini sıxdı. Tək toxunuşla onun göndərdiyi informasiya mənim smartfonuma çatmışdı artıq. Gülümsəyərək, – sizdə də yəqin Naxtel 4G-dir, – deyə soruşdu. Cavabımda, – bəli, yeni il ərəfəsində Naxteldən yeni nömrə almışam. İndi mən də 4G istifadəçisiyəm. Artıq bütün rabitə işlərim daha sürətli və rahatdır, – dedim.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268618
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17252
16592
90672
318921
6268618

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter