19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş şura iclasında Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva məruzə edərək 2016-cı ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, təşkilat öz fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ərazi ilk təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, metodik köməkliklər göstərilib.
Qeyd edilib ki, ötən il təşkilatın 4 şura, 12 idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqlarda müxtəlif məsələlər müzakirə edilib. Təşkilat partiya sıralarının genişləndirilməsini diqqət mərkəzində saxlayıb, dövlətçiliyə sadiq əqidəli gənclərin və qadınların partiya sıralarına qəbuluna üstünlük verib. Hazırda təşkilatın əhatə etdiyi 31 ərazi ilk partiya təşkilatının qeydiyyatında 2 min 840 nəfər partiya üzvü vardır. Partiya üzvlərinin 1058 nəfərini, yəni 37 faizini qadınlar, 776 nəfərini, yəni 27 faizini gənclər təşkil edir. Ötən il ərzində Yeni Azərbaycan Partiyası sıralarına 168 nəfər qəbul olunub. Onların 104 nəfərini qadınlar, 116 nəfərini gənclər təşkil edib.

Bildirilib ki, bundan sonra da təşkilati işlər diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal, siyasi cəhətdən yetkin, təşəbbüskar gənclərin və qadınların Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmələrinə nail olunmalıdır.
Yığıncaqda 2017-ci ildə qarşıda duran vəzifələrdən də danışılıb. Vurğulanıb ki, təşkilatın və partiya üzvlərinin əsas vəzifəsi Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil respublikamızın qurucusu və memarı olan ulu öndərin müəyyənləşdirdiyi siyasətin davam etdirilməsində təşəbbüskarlığı artırmaq, əhali arasında ideya-siyasi işi gücləndirməkdir. Tutduğu vəzifədən asılı olmayaraq hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Şamama Əliyevanın, Gənclər Birliyinin sədr müavini Kənan Məmmədovun, ərazi ilk təşkilat sədrləri Yunis Ələkbərov və Ziyafəddin Babayevin çıxışları olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17290
16592
90710
318959
6268656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter