18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Su insan üçün ən vacib nemətlərdəndir. Canlı həyatın yaranması və yaşaması üçün suyun nə dərəcədə əvəzedilməz olduğunu hər kəs bilir. İnsana lazım olan şirin su ehtiyatları təbiətdə çox məhdud və qeyri-bərabər şəkildə paylanıldığından ondan düzgün istifadə olunması ən vacib məsələlərdəndir. 

Su həyat mənbəyidir. Su olmasa, Yer üzündə heç bir canlı yaşaya bilməz. Planetdəki canlıların çoxalması ilə suya olan tələbat da artır. Bununla yanaşı, insanın mədəni tələbatları təmiz suya olan ehtiyacı daha da artırır.
Naxçıvan özünün iqlimi və relyef quruluşuna görə müxtəlif səviyyədə su ehtiyatlarına malikdir. Muxtar respublikada bəzi yerlərdə bütün ilboyu içməli su mənbəyi olan çox sayda bulaqlar çağladığı halda, bir çox yerlərdə belə su mənbələri olmadığından əhalinin suya olan tələbatı da təbii şəkildə ödənilmir. Bulaq suyu ən təmiz, ən gözəl sudur. Ancaq təbiət bunu hər yerə bəxş etmədiyindən təmiz suyu bütün insanların istifadəsinə çatdıra bilmək dövlətimizin sosial qayğısının mühüm bir hissəsini təşkil edir. Çünki təmiz suyun olmaması müəyyən müddətdən sonra normal həyatda ciddi çətinliklər yaradır.

Bu baxımdan ölkəmizin müasir sosial-iqtisadi inkişaf mərhələsində əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər arasında müasir içməli su və kanalizasiya şəbəkəsinin yaradılması məsələləri də mühüm yer tutur. “İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur”, – deyən ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə qayğısı nəticəsində istər paytaxt Bakıda, istərsə də ölkəmizin regionlarında müasir standartlara cavab verən içməli su və kanalizasiya şəbəkələrinin yaradılmasına xeyli miqdarda vəsait ayrılıb. İnsan amilinə xidmət edən belə layihələr, son nəticədə, hər bir Azərbaycan vətəndaşının yüksək həyat səviyyəsinin təmin olunması məqsədi güdür. Doğrudan da, təmiz su insanın həm fiziki cəhətdən, həm də ruhən sağlam olmasına səbəb olur. İnsan sağlamlığı isə əsl milli sərvət kimi ölkəmizin inkişafında və dövlətimizin sosial siyasətində mühüm yer tutur. Elə bu il yanvar ayının 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Şahbuz və Culfa rayonlarında açılışını etdiyi içməli su və kanalizasiya şəbəkələri də bu siyasətin əyani göstəricisidir.
Şahbuz və Culfada istifadəyə verilmiş Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verən içməli su layihələri Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə həyata keçirilmiş növbəti tədbirlərdəndir. Bundan əvvəl Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa olunan və 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır.
Ölkə başçısının Naxçıvana son səfəri zamanı açılışını etdiyi Culfa şəhərindəki su və kanalizasiya, Gülüstan kəndindəki su şəbəkəsinin tikintisinə 2012-ci ildə başlanılıb. Əlincəçay yatağından çəkilən suyu təmizləyən qurğu 2045-ci ilə qədər əhalini və Culfadakı sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Culfanı su ilə təmin edən bu qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Öz axını ilə Culfa şəhərinə və Gülüstan kəndinə verilən təmizlənmiş su əhalinin illər boyu sudan çəkdiyi əziyyətlərə son qoyub. Culfa şəhəri və Gülüstan kəndində yaşayan 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı içməli su ilə davamlı olaraq təmin edilib.
Culfada yaradılmış su təminatı burada yaşayanların həyatında köklü keyfiyyət dəyişikliyi yaradıb. Culfa şəhər sakini, ziyalı Hüseyn Tağıyevlə söhbətimizdə buna əmin olduq. Hüseyn müəllim dedi ki, şəhərin mərkəzində yaşasaq da, beşinci mərtəbədəki evimizdə su sarıdan çox əziyyət çəkirdik. Problemi həll etmək üçün çənlər, nasoslar quraşdırmışdıq. Elə evə gələn suyun keyfiyyəti də yaxşı deyildi. Arazdan, Əlincəçaydakı Dərəlikdən evlərə gələn su xüsusən yağışlı günlərdə içməyə yaramır, su sistemlərinə zərər vururdu. Bizim kimi mərkəzdə yaşayanlar üçün vəziyyət belə idi. Culfa şəhərinin kənarlarındakı yeni tikilmiş evlərdə isə, ümumiyyətlə, su yox idi. Sakinlər həyətlərdəki quyulardan qrunt sularını içirdilər. Culfada yay çox isti olduğundan bəzən bu quyuların da suyu tükənirdi. Amma indi bunların hamısı keçmişdə qalıb. Su xətlərimiz tamamən yenilənib, yüksək təzyiqlə, günboyu öz axarı ilə gələn sudan beşinci mərtəbədə istifadə edirik.
Evdə hamı, xüsusən xanımlar, uşaqlar çox rahatdırlar, – deyən Hüseyn müəllim dövlətimizə minnətdarlığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi muxtar respublikamızın bu bölgəsində yaşayan əhali üçün yaddaqalan hadisədir. Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə çəkilmiş su şəbəkəsi burada yaşayan əhalinin təmiz su ilə təmin olunmasında mühüm rol oynayır. 2045-ci ilə qədər əhalini və rayondakı sənaye müəssisələrini 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək sutəmizləyici qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Layihənin həyata keçirilməsi ilə Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin olunur.
Yeni istifadəyə verilmiş su xətləri sakinlərin ürəyincədir. Şahbuz təbiətən bol sulu bir bölgə olsa da, burada yaşayanların əksəriyyəti, xüsusən rayon mərkəzi, Daylaqlı və Kiçikoba kəndləri su sarıdan əziyyət çəkirdi.
Su problemini hamıdan çox evdar xanımlar bilər, – deyir Şahbuz şəhər sakini Xatirə Əliyeva. Xatirə xanım bildirir ki, işdən sonrakı vaxtımızın əsas hissəsi evə su daşımaq olurdu. Fərdi həyətdə yaşadığımızdan bura su xətti də çəkilməmişdi. Heç kanalizasiya sistemi də yox idi. Bütün bunlarsız necə əziyyət çəkdiyimizi özünüz təsəvvür edin. Ölkə Prezidentinə minnətdaram ki, bütün bu problemlərimizi birdəfəlik həll etdi. Artıq mətbəximiz, qab-qazanlarımız tərtəmiz, ev işlərimiz çox rahatdır. İndi vaxtımı su daşımaqla deyil, nəvələrimlə, onların qayğıları ilə keçirə bilirəm. Bir gün buyurun bizə, büllur kimi Batabat suyundan sizi çaya qonaq edim, – deyə şahbuzlulara xas qonaqpərvərliklə gülümsəyir Xatirə xanım.
Bəli, su qiymətli sərvətdir. Təmiz su ehtiyatlarının qorunması və keyfiyyətli su təminatı isə genişhəcmli investisiya tələb edən bir məsələdir. Bu da, öz növbəsində, suyun istər texniki, istər suvarma, istərsə də məişət məqsədləri üçün istifadəsində dövlətin rolunu zəruri edir. Cari ildə həyata keçiriləcək Dövlət İnvestisiya Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də su-kanalizasiya problemlərinin həlli dövlətimizin hər bir vətəndaşına, onun sağlamlığına göstərdiyi qayğıdır. Bu qayğı hər birimizin həyatında keyfiyyət dəyişikliyi yaradır. Ona görə də çəkilmiş bu suyun hər damlası bizim üçün çox qiymətlidir.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2595040
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
725
4843
725
87826
2595040

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter