19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr uğurla inkişaf etdirilir. Bu əlaqələr son illərdə hər iki ölkə tərəfindən imzalanan sənədlər və əldə olunan razılıqlar nəticəsində daha da möhkəmlənib. Qarşılıqlı səfərlər əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına imkan verib. Yanvarın 24-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadətin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib.

Qərbi Azərbaycan Vilayətinin sənaye, mədən, kənd təsərrüfatı, tikinti sahələrində fəaliyyət göstərən iş adamları dünən Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olublar, naxçıvanlı sahibkar­larla görüşüblər.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov qonaqlara məlumat verib ki, Naxçıvan Biznes Mərkəzinin əsas fəaliyyəti sahibkarların maarifləndirilməsi, onlara metodoloji dəstəyin göstərilməsi və biznesin inkişafı üzrə məsləhətlərin verilməsidir. Bildirilib ki, muxtar respublikada sahibkar­lığın inkişaf etdirilməsinə göstərilən dövlət dəstəyi sayəsində ümumi daxili məhsulda özəl sektorun payı 87 faizi ötüb. Hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Qonaqların diqqətinə çatdırılıb ki, hazırda mərkəzdə 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş etdirilir.

Sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası və Qərbi Azərbaycan Vilayətində istehsal olunan məhsulların qarşılıqlı olaraq ixracı və idxalının, iş adamları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, geniş fikir mübadiləsi aparılıb.
Muxtar respublikada istehsal edilən məhsullarla tanış olan nümayəndə heyətinin üzvləri Naxçıvanla Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi əməkdaşlıq üçün münbit şəraitin olduğunu bildirdilər.
İran İslam Respublikası Urmiya Ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının rəisi Həsən İntizar bizimlə söhbətində dedi: – Bura nümayəndə heyəti ilə gəlmişik. Gəlişimizin məqsədi Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında iqtisadi münasibətləri bir daha müzakirə etmək və qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyənləşdirməkdir. Bizim nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar var. Bu sahibkarlar Naxçıvan Biznes Mərkəzində sizin yerli məhsullardan ibarət təşkil olunmuş sərgiyə baxdılar, eyni zamanda naxçıvanlı sahibkarlarla görüşdülər. Düşünürəm ki, hər iki tərəfin fəaliyyəti üçün yaxşı potensial var və əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı iqtisadi əlaqələrin həcminin artmasına öz töhfəsini verəcək.
Qərbi Azərbaycan Vilayətinin Sənaye, mədən və ticarət təşkilatının rəisi Cəfər Sadiq İskəndəri bildirdi ki, Naxçıvanda olmağımızdan çox məmnunuq. Naxçıvan Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüşdük və burada müxtəlif müəssisələrdə istehsal olunmuş məhsullarla tanış olduq. Şahidi olduq ki, Naxçıvanda sənaye, mədən, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr var. Eyni zamanda Qərbi Azərbaycan Vilayətində də belə müəssisələr fəaliyyət göstərir. Düşünürəm ki, biz qarşılıqlı olaraq məhsullarımızın tanıdılması üçün sərgilər təşkil edə, hər iki tərəf üçün ixrac və idxal imkanlarımızı dəyərləndirə bilərik. Əsas məqsədimiz Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi əlaqələri daha da dərinləşdirməkdir.
Qeyd edək ki, İran İslam Respublikasından gəlmiş nümayəndə heyəti həmin gün Bakıya yola düşüb. Qonaqlar Bakı şəhərində də müxtəlif tədbirlərdə iştirak edəcəklər.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268435
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17069
16592
90489
318738
6268435

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter