23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Yanvarın 18-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 27-ci il­dönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək demişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik arzularını boğmaq, ermənilərin ərazilərimizin işğalına göz yummağa məcbur etmək məqsədinə xidmət etmişdir. Yanvarın 19-dan 20-nə keçən gecə qurbanlar verməsinə baxmayaraq, Azərbaycan xalqı milli azadlıq və istiqlal uğrunda mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir. Həmin dövrdə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələrində bəyanatla çıxış edərək etiraz səsini ucaltmış, hadisəni törədənləri ifşa etmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə, eləcə də ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə siyasi qiymət vermişdir.

Baş konsul bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışmış, faciənin ildönümünün hər il ölkəmizdə qeyd olunduğunu bildirmişdir.
Mərasimdə 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmiş, hazırlanmış fotostendlərə baxış olmuş, iştirakçılara əyani vəsaitlər paylanmışdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyət nümayəndələri tədbirdə iştirak etmişlər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055372
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2566
3998
32604
106703
3055372

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter