11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Hər dəfə Şəhidlər xiyabanına enən son pilləyə ayaq basanda könlümdəki qürur və kədər hissləri bir-birinə qarışır, bu insanları bizim aramızdan qoparan düşmənə olan nifrətim qat-qat artır, məzarlara baxdıqca yaxın keçmişimizdə baş verən hadisələr bir-bir yenidən gözlər önünə gəlir, yaddaşım yenidən vərəqlənir, qəhrəmanlarımızın baxışları sanki üzərimə tuşlanır. Burada torpağa tapşırılan neçə-neçə şəhidin rəsmi dil açıb danışır, əvvəllər yalnız şəhərin bir hissəsi olan, ancaq bir neçə müddət sonra Şəhidlər xiyabanına çevrilən bu məkanda tək olmadığımı bir daha anlayıram.

Bu xiyabanda onların əbədiyyətə varan ayaq səslərini duymamaq, mübariz vətən oğullarının döyüş meydanında düşməni lərzəyə salan hayqırtılarını eşitməmək mümkünsüzdür. Onları ziyarət edənə tuşlanan hər baxışda sonsuz həyat eşqi ilə bərabər, vətən sevgisi də var, qürur, fəxarət də, həsrət də, nigarançılıq da. Burada qəhrəmanların əbədiyyətə doğru aparan addım səslərini duymağa hazır olan hər kəsi bu səslərin ahəngi bir anlığa real həyatdan qoparıb çox-çox uzaqlara aparır. Rəngini soykökümdən, imanımdan və şəhid qanlarından alan, həzin-həzin dalğalanan bayrağın altında insan bütün varlığı ilə bu qəhrəmanların qarşısında yox olur, qəlbinin səsini dinləməyə başlayır:
– Bu torpaqda qəhrəmanlıq axtaran kəs başqa yerə üz tutmağın çox əbəsdi, şəhidlərin çağırışı azan qədər əzəmətli, azan qədər müqəddəsdi. Vətən üçün öz canından keçənləri, al qanını bu torpaqçün tökənləri soyuq qışın ayazında, muğamımın avazında, sübh çağında alov dilli məşəl yanan xiyabanda axtar. Nə zaman ki görəcəksən sən onları, zülmətlərdə atəş olub yananları, onda baş əy, de onlara qəlbdən gələn sözlərini, axtar-ara şəhidliyə gedənlərin silinməyən, yaddaşlara həkk olunan izlərini. Onlara de, qorxutmayıb xalqımızı bu olanlar. Qorxutmayıb ölüm-itim, mart qırğını, can Xocalı, Qara Yanvar, qorxutmayıb bu torpağa axan qanlar. Nə qədər ki azadlıqçün tank önünə, top önünə çıxanlar var, nə qədər ki gələcəkçün bu günündən keçənlər var, var olacaq əziz Bakı, var olacaq gözəl Şuşa, var olacaq Nəqşi-cahan!
20 Yanvar qəhrəmanlıq, fədakarlıq tariximdi, 20 Yanvar qəddar düşmən qarşısında ucaldılan haqq səsimdi. Nə qədər ki dövlətim var, heç bir qüvvə bu səsləri kəsə bilməz, nə qədər ki səngərlərdə gecə-gündüz keşik çəkən əsgərim var heç bir düşmən müstəqillik yolumuzu kəsə bilməz. Nə qədər ki al qanadlı şahinlərim keşik çəkir səmalara, nə qədər ki ordularım bərabərdi dünyadakı ən qüdrətli ordulara – mən qorxmuram, çəkinmirəm. Tam əksinə – hayqırıram var səsimlə pusqudakı xain, cılız düşmənimə, hayqırıram var gücümlə, var səsimlə, Tanrı verən nəfəsimlə. Hayqırıram, bilsin düşmən, qisas günü, hesab günü yaxınlaşır, bizə zəfər, sizə isə alçaldıcı təslimiyyət çox yaraşır.
...Ağlamaram şəhidimin məzarında. Göz yaşımı çevirmişəm nifrətimə, kədərimi çevirmişəm Vətənə məhəbbətimə. Ululardan ulu xalqıq, bir ölüb, min dirilərik. Təki Vətən sağ olsun! Təki Vətən sağ olsun!

Səbuhi Hüseynov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390671
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5287
5214
10501
49838
3390671

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter