18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən elmi konfransdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi” mövzusuna həsr olunan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan xalqının vətənə, torpağa sədaqətini, azadlıq, müstəqillik uğrunda mübarizədə sarsılmazlığını bütün dünyaya göstərən 20 Yanvar faciəsinin səbəblərindən, Sovet imperiyasına rəhbərlik edən ermənipərəst vəzifə sahiblərinin Azərbaycan xalqına qarşı məkrli siyasətlərindən və 1990-cı ildə törədilən qanlı cinayətlərdən ətraflı danışıb. Akademik çıxışında 20 Yanvar tarixini Azərbaycan xalqının qəhrəmanlıq zirvəsi kimi dəyərləndirib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhim­ovun, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin məruzələri dinlənilib.

Məruzələrdə 20 Yanvar faciəsinin törədilməsinin səbəblərindən, bu faciəyə hüquqi-siyasi qiymət verilməsində ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan xalqının mübarizliyindən, qüdrətli ordumuzun sərhədlərimizi etibarlı müdafiəsindən bəhs olunub.
Tədbirdə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində bölmə əməkdaşlarının üzərinə düşən vəzifələrdən də danışılıb.
Konfransda 27 il bundan öncə Bakı şəhərində törədilən qanlı hadisənin fotoları slayd vasitəsilə nümayiş olunub.
Məlumat üçün onu da qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “20 Yanvar” adlı sərgi də təşkil edilib. Jurnal, qəzet və kitab materiallarının yer aldığı sərgi yanvar ayının sonlarına kimi nümayiş olunacaq.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245100
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10326
22591
67154
295403
6245100

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter