18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində 2016-cı ildə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərib. Universitetdə 14 ixtisas üzrə 854 nəfər əyani, 103 nəfər isə qiyabi şöbədə olmaqla, 957 nəfər tələbə təhsil alıb. 2016-2017-ci tədris ilində universitetdə tələbə qəbulu əvvəlki illə müqayisədə 18 faiz artıb. Universitetin magistratura şöbəsində 7 nəfər tələbə təhsil alır.
Bu fikirləri “Naxçıvan” Universitetində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda universitetin rektoru, professor İsmayıl Əliyev səsləndirib. Rektor bildirib ki, “Naxçıvan” Universitetində kadr hazırlığı ilə 75 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 3 nəfəri elmlər doktoru, professor, 24 nəfəri fəlsəfə doktoru, dosentdir.
Qeyd edilib ki, ötən il ali təhsil ocağının “Elmi əsərlər” jurnalının ilk sayı nəşr olunub. “Naxçıvan” Universitetinin əməkdaşları 5 monoqrafiya, 5 dərs vəsaiti, 60 proqram və metodik vəsait, 178 məqalə və tezis nəşr etdiriblər ki, bu məqalə və tezislərin 23-ü xaricdə işıq üzü görüb.
Vurğulanıb ki, ötən il Beynəlxalq əlaqələr şöbəsi beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə iştirak edib. İstər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından bu istiqamətdə mühüm işlər görülüb. Belə ki, universitetin əməkdaşları fevral ayında “EURİE – 2016” Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində, aprel ayında Qafqaz Universitetlər Birliyinin təşkil etdiyi “KUNİB Təhsil Sərgisində” iştirak ediblər.

Bu dövrdə universitetə xarici tələbələrin cəlbi üçün müəyyən tədbirlər həyata keçirilib. Belə ki, Türkiyə Respublikasından olan bir tələbə qeydiyyatdan keçib, daha 3 tələbə bu günlərdə doktorantura təhsili üçün qeydiyyatdan keçəcək.
Yığıncaqda universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli, tərbiyə işləri üzrə prorektor Əli Yusifov, Pedaqoji fakültənin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Məftun İsmayılov, İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Xarici dillər fakültəsinin dekanı Hüseyn Bağırsoylu görülmüş işlərlə bağlı ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıblar.

***

Naxçıvan Müəllimlər İnstitutunda da 2016-cı ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
İnstitutun rektoru, professor Oruc Həsənli ali təhsil müəssisəsinin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda 91 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Kollektiv Azərbaycanın parlaq gələcəyi üçün müsbət keyfiyyətləri özündə əks etdirən, dövlətə və dövlətçiliyə, müstəqilliyə sədaqətli, müəllim adını uca tutan kadrların yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edir, göstərilən qayğıya əməli işlə cavab verməyə çalışır. Naxçıvan Müəllimlər İnstitutunda iki fakültə, 6 kafedra fəaliyyət göstərir. Bu gün institutda 1167 tələbə təhsil alır. Onların intellektual səviyyəli kadrlar kimi yetişmələri diqqət mərkəzində saxlanılır. Belə ki, professor-müəllim heyəti müxtəlif təlim üsullarından istifadə edir, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə səy göstərir.
Qeyd olunub ki, 2016-cı ildə institutda semestr imtahanlarının şəffaf keçirilməsi diqqət mərkəzində saxlanılıb, bunun üçün məqsədyönlü tədbirlər keçirilib.
İnstitutda elmi-praktik konfransların keçirilməsinə ciddi önəm verilib. 2016-cı ildə institutda 2 respublika səviyyəli və 1 beynəlxalq, 15 institut səviyyəli elmi-praktik konfrans keçirilib. Bəhs olunan dövrdə institutda fəaliyyət göstərən kabinet və laboratoriyaların, Əlavə təhsil mərkəzinin, Kurikulum mərkəzinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət olunub, xarici ölkələrlə elm və təhsil sahəsində əməkdaşlıq genişləndirilib. 2016-cı ildə dünyanın “A” kateqoriyalı jurnallarında institutun əməkdaşlarının 19, respublika jurnallarında 205 məqaləsi, 12 kitab və monoqrafiyası, 2 dərslik, 6 dərs vəsaiti, 126 tezis və digər metodik vəsaitləri nəşr olunub, həmçinin 45 nəfər beynəlxalq, 64 nəfər respublika səviyyəli elmi konfrans, simpozium və seminarlarda iştirak edib.
Tədbirdə digər çıxış edənlər institutda ötən il görülən işlərdən, işdə buraxılan nöqsanlar və onların aradan qaldırılması yollarından, qarşıda duran vəzifələrdən bəhs ediblər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2595051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
736
4843
736
87837
2595051

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter