26 Aprel 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 yanvar tarixli Sərəncamı ilə daxili işlər orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində təqdimetmə mərasimi keçirilib.
Təqdimetmə mərasimində çıxış edən daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov bildirib ki, muxtar respublikanın daxili işlər orqanları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin davamlı qayğısı ilə əhatə olunub. Əməkdaşların əməyinin yüksək qiymətləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, digər problemlərinin həll edilməsi onların öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirmələrinə stimul olub. Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Komissarlığının yaradılmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirdə bir qrup əməkdaşa nazirliyin “Əla xidmətlərə görə” döş nişanının, fəxri fərmanların, pul mükafatlarının verilməsi, bir neçə nəfərə təşəkkür elan edilməsi muxtar respublikada polis əməyinə verilən qiymətin ifadəsidir. Ən böyük qayğı isə Ali Məclis Sədrinin adıçəkilən sərəncamı ilə bir qrup əməkdaşın “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsidir.
Daxili işlər naziri deyib ki, ötən il də muxtar respublikada sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, əməliyyat şəraiti tam nəzarətdə saxlanılıb, qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib. Daxili işlər orqanlarında şəxsi heyətin peşəkarlıq səviyyəsi xeyli yüksəldilib. İstər şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də daxili işlər orqanlarının maddi-texniki bazasının, xidməti iş şəraitinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

İxtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılıb. Haliyədə 97 nəfər əməkdaş Polis Akademiyasında və ölkənin digər ali məktəblərində təhsil alır. 15 əməkdaş isə orta rəis heyəti vəzifəsinə irəli çəkilib.
Bildirilib ki, şəxsi heyət arasında nizam-intizam daha da möhkəmləndirilib. Xidmətdə fərqlənən əməkdaşlardan 16 nəfəri 2016-cı ilin yekunu üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təltif olunub.
Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarında səmərəli fəaliyyətinə görə 9 nəfər əməkdaşın Ali Məclisin Sədri tərəfindən “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmasının polis peşəsinə verilən yüksək qiymətin nəticəsi olduğunu bildirən nazir deyib ki, əməkdaşlar belə diqqət və qayğıya nümunəvi xidmətləri ilə cavab verməlidirlər. Əhməd Əhmədov təltif olunanları təbrik edib və bildirib ki, bundan sonra da Naxçıvanın cinayətsiz region prinsipi qorunacaq, ictimai asayişin və sabitliyin qorunması istiqamətində müsbət nəticələr əldə olunacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında” 2017-ci il 18 yanvar tarixli Sərəncamını oxuyub.
Sonra təltif olunanlara “Rəşadətli əməyə görə” nişanı və nişanın vəsiqələri təqdim edilib.
Təltif edilənlərdən Azər Əliyev, Sədi Əliyev, Namiq Həsənov və Şərif Hüseynəliyev əməklərinə verilən qiymət üçün minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində daxili işlər orqanları qarşısında qoyulmuş vəzifələri daha yüksək səviyyədə yerinə yetirəcəklərinə, muxtar respublikada sabitliyin, asayişin qorunmasında fəallıq göstərəcəklərinə söz veriblər.

Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2279321
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2537
5634
19258
146383
2279321

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter