19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Muxtar respublika iqtisadiyyatının bütün sahələri 2016-cı ildə yüksək nailiyyətlərlə əlamətdar olub, makroiqtisadi sabitlik qorunub saxlanılıb, özəl bölmənin inkişafına əlverişli mühit yaradılıb. Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 49 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib”. Bu fikirlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalının mühüm əhəmiyyətini nəzərə alaraq aqrar sektorun inkişafı ötən il də diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatı məhsulları istehsalı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 989 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu sektorda iqtisadi aktivliyi artırıb, muxtar respublika üzrə 2016-cı ildə 429 milyon 448 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2015-ci illə müqayisədə 6 faiz çoxdur.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası dinamik inkişafa təkan verib, məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2016-cı ildə kartof istehsalı 46 min 400 tona, tərəvəz istehsalı 83 min tona, meyvə və giləmeyvə istehsalı 52 min tona çatıb.
Vurğulanıb ki, mövsüm ərzində əhalini təzə meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların və istixana komplekslərinin yaradılması diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə 2016-cı ildə 6 yeni soyuducu anbar və 3 istixana təsərrüfatı yaradılıb, ümumilikdə, anbarların sayı 31-ə, ümumi tutumu isə 14 min 30 tona, istixanaların sayı 21-ə, ümumi sahəsi 127 min 162 kvadratmetrə çatdırılıb.
2016-cı ildə sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif sahələri əhatə etməklə 25 layihənin maliyyələşdirilməsinə 15 milyon 69 min manat güzəştli maliyyə dəstəyi göstərilib, ümumilikdə, 2000-ci ildən ötən müddət ərzində 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan artıq həcmdə kredit verilib.
Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlığın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilib, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb.
Qeyd olunub ki, ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 457 milyon 421 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 92 faizi ixracın, 8 faizi idxalın payına düşüb. 2015-ci illə müqayisədə ixracın həcmi artıb, idxalın həcmi isə 61 faizədək azalıb.
İstehsal olunan məhsulların tanıdılması, sərgi-satışının təşkil edilməsi və sahibkarların beynəlxalq təcrübəni mənimsəmələri məqsədilə 2016-cı ildə ölkə daxilində və xaricdə keçirilən 16 biznes-forum, 2 beynəlxalq sərgidə 147 sahibkarlıq subyektinin iştirakı təmin edilib.
Sonra çıxışlar olub, qazanılan nailiyyətlərdən danışılıb, işdə buraxılan nöqsanlar təhlil edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə ilə çıxış edib. 

Bildirilib ki, hesabat dövründə muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması diqqət mərkəzində saxlanılıb. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə 2016-cı ildə Naxçıvandan Bakıya 29 min 741 nəfər, Bakıdan Naxçıvana isə 29 min 491 nəfər sərnişin daşınıb.
Naxçıvan-Batumi-Naxçıvan marşrutunun fəaliyyətə başlaması beynəlxalq sərnişindaşıma sahəsində mühüm bir addım olub, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum”da nəzərdə tutulmuş ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinə öz töhfəsini verib.
Vurğulanıb ki, muxtar respublikada 139 marşrut xəttində işləyən 305 ədəd avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilib, ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının hərəkətinə nəzarət artırılıb. Muxtar respublikada 493 ədəd taksi ilə əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilib. Hesabat dövründə avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 150 min 250 manat vergi ödənilib, 10 min 686 ədəd “Fərqlənmə nişanı” alınıb. Yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilib, yükdaşımalarda təhlükəsizlik tədbirləri haqqında həmin sürücülərlə profilaktik söhbətlər aparılıb, 3455 ədəd maşına “İcazə blankı” verilib.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2016-cı il ərzində görülmüş işlərdən də danışan nazir bildirib ki, dəmir yolunda sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri həyata keçirilməkdədir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə İran Dəmir Yollarının İdarə Heyəti arasında Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı tariflər müəyyən edilib. Dekabrın 29-da bu marşrut fəaliyyətə başlayıb. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd yeni sərnişin vaqonu gətirilib. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılıb. Həmin stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri də yaradılıb. Növbəti mərhələdə bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur. Bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaqdır. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bunlarla yanaşı, İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması işi təşkil edilib. Ötən dövr ərzində Türkmənistan Respublikasından İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına 53 vaqon – 3 min 383 ton 860 kiloqram gübrə daşınıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi ötən ildə də davam etdirilib. Hava nəqliyyatında infrastrukturun yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi tədbirləri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanında daha bir terminal istifadəyə verilib. Yenidənqurma tədbirlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə imkanları saatda 600 nəfərə çatdırılıb.
Hava nəqliyyatı ilə 2016-cı il ərzində Naxçıvan-Bakı marşrutu üzrə 263 831 nəfər, Naxçıvan-Gəncə mar­şrutu üzrə 6317 nəfər, beynəlxalq hava xəttində Naxçıvan-Moskva reysi ilə 3342 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5437 nəfər sərnişin daşınıb.
Bildirilib ki, Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, şirkətin xidmət etdiyi 1473 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yollarında 6 istismar və 2 podrat təşkilatının gücü ilə təmir, istismar və yenidənqurma işləri həyata keçirilib.
Sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli, “Naxavtoyol” Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov görülmüş işlərlə bağlı ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıblar.
Kollegiya iclasına nəqliyyat naziri Mirsənani Seyidov yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində də 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.

Bildirilib ki, aparılan meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf etdirmək üçün güclü stimul verib.
Kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsi üçün nazirliyin Texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikanın sazlığı vəziyyəti öyrənilib, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. 2016-cı ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya daha 66 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilib. Bundan əlavə, məhsul istehsalçıları 4 min 923 tondan çox mineral gübrə ilə təmin edilib.
Vurğulanıb ki, muxtar respublika üzrə 2947 ədəd kənd təsərrüfatı texnikası mövcuddur. Onlardan 185 ədədi və ya 6,3 faizi “Naxçıvan Aqrolizinq” ASC-də, qalanları isə özəl qurum və ya sahibkarlardadır. 141 ədəd kombayn, 107 ədəd tırtıllı traktor, 898 ədəd təkərli traktor, 373 ədəd kotan, 53 ədəd buldozer, 125 ədəd ekskavator, 27 ədəd özüyeriyən texnika, 161 ədəd otbiçən aqreqatlar, 269 ədəd ot, küləşpresləyən, 29 ədəd özüyeriyən yemyığan kombayn, 297 ədəd traktor yedəyi, 83 ədəd toxumsəpən, 384 ədəd digər kənd təsərrüfatı aqreqatları saz vəziyyətə gətirilib, kənd təsərrüfatı işlərinin gedişində həmin texnikaların gücündən istifadə edilib.
Nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsi tərəfindən kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları gətirilib, pulsuz olaraq yerli icra hakimiyyəti və bələdiyyələr vasitəsilə sahibkarlara çatdırılıb. Payız əkinlərində müşahidə edilən gəmiricilərə qarşı mübarizə məqsədilə müraciət edən vətəndaşlara dərman preparatları verilib.
Muxtar respublikada taxıl sahələrində alaqların yayılması çox olan sahələrdə herbisidlərlə mübarizə işi aparılması məqsədilə müşahidələr aparılaraq sahibkarlara məsləhətlər verilib və alaq otlarına qarşı 11215 hektardan artıq sahədə kimyəvi mübarizə işləri təşkil edilib.
Qeyd edilib ki, kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 6 yeni heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 8 milyon 27 min manat həcmində kreditlər verilib.
Sonda məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq məruzə edib.
Bildirilib ki, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilib. Belə ki, hesabat ilində 546 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılıb, yeni meyvə bağları salınması diqqət mərkəzində saxlanılıb. Yaşıllaşdırma tədbirlərində 213 min 500 ədəd meyvə, 238 min 500 ədəd meşə, həmişəyaşıl və bəzək kolları olmaqla, cəmi 452 min ədəd ting əkilib. 50 hektarı püstə bağı olmaqla, 200 hektar sahədə meyvə bağları salınıb.
Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində və şəhərətrafı ərazilərdə 15,3 hektar, Babək rayonunda 16,5 hektar, Şərur rayonunda 26,5 hektar, Culfa rayonunda 46,8 hektar, Ordubad rayonunda 34,2 hektar, Şahbuz rayonunda 11 hektar, Kəngərli rayonunda 45,2 hektar, Sədərək rayonunda isə 10 hektar ərazidə yeni meyvə bağları salınıb. Nazirlik, onun tabeli idarə və müəssisələri tərəfindən 111,2 hektar sahədə salınmış yaşıllıq zolaqları və meyvə bağları diyarımızın yaşıl örtüyünü daha da zənginləşdirib, 229,4 hektar sahədə, o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, əvvəllər salınmış yaşıllıq sahələrində ting və toxumla bərpa işləri aparılıb.
Vurğulanıb ki, nazirliyin tingçilik təsərrüfatları tərəfindən 7,5 hektar sahədə toxum səpini, tingböyütmə sahələri yaradılıb, 400 min ədəddən çox əkinəyararlı, standart ting yetişdirilib və əkin materialı kimi istifadə olunub. Dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsində həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış ting­lərin yetişdirilməsi məqsədilə milli park və yasaqlıq ərazilərində 1,5 hektar sahədə tingçilik təsərrüfatları yaradılıb. Regionumuzun mövcud iqlim xüsusiyyətləri nəzərə alınaraq əkin-bərpa işlərinin davamlılığını təmin etmək üçün 6 min ədəddən çox dibçəkdə ting yetişdirilib. Haliyədə tingçilik təsərrüfatlarında 500 min ədəddən çox meşə və meyvə tingləri, həmişəyaşıl ağacların fidanları yetişdirilir.
Sonra çıxış edənlər hesabat ilində işdə buraxılan nöqsanlardan danışıb, həmin nöqsanların qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb, qarşıda duran vəzifələrdən bəhs ediblər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268645
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17279
16592
90699
318948
6268645

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter