18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin akt zalında “Görkəmli ictimai və elm ­xadimi Əziz Əliyev: həyatı və fəaliyyəti” mövzusunda elmi konfrans­ keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının, Naxçıvan şəhərindəki tibb müəssisələrinin baş həkimlərinin, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin müəllim və tələbələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Bildirib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, Azərbaycanda səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncam imzalayıb. Yubileyin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən muxtar respublikada müxtəlif tədbirlər keçirilir. Naxçıvan Dövlət Universitetində keçirilən elmi konfrans da növbəti tədbirlərdən biridir.

Konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov “Əziz Əliyevin tibb sahəsindəki fəaliyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “İstedadlı həkim, fədakar alim”, “Naxçıvan” Universitetinin prorektoru İbrahim Kazımbəyli “Əziz Əliyevin həyatı və dövlətçilik fəaliyyəti”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov “Əziz Əliyev Azərbaycanda tibb elminin təşkilatçısı kimi” mövzularında çıxış ediblər.
Qeyd olunub ki, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyev dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik idi. Görkəmli alim Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. Əziz Əliyev Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. 1930-cu ildə indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasında yaxından iştirak edən Əziz Əliyev sonrakı çətin mərhələlərdə instituta rəhbərlik edib. Həmin illərdə respublikada yüksək­ixtisaslı həkim kadrların çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev yorulmadan çalışıb, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və beləliklə, ana dilində dərsliklər, dərs vəsaitləri, mono­qrafiya və tövsiyələrin yazılmasına nail olub.
Vurğulanıb ki, görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və ­siyasi problemlərə həsr olunub.
Diqqətə çatdırılıb ki, 1998-ci il may ayının 14-də görkəmli alim, ictimai xadim Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Yubiley tədbirində çıxış edən ümummilli­ liderimiz Heydər Əliyev alimin şəxsiyyətini yüksək qiymətləndirərək deyib: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri­-adi insan idi. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi də ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunub.
Bildirilib ki, böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsi muxtar respublikada da əbədiləşdirilib, Naxçıvan şəhərindəki küçələrdən birinə və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına onun adı verilib.
Elmi konfransda görkəmli alimin həyat və fəaliyyətinin bəzi məqamları slaydlar vasitəsilə göstərilib.

 Səbuhi Hüseynov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2594635
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
320
4843
320
87421
2594635

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter