20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixindən, 20 Yanvar faciəsinin səbəblərindən bəhs edib. Qeyd olunub ki, 27 il bundan əvvəl keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Lakin bu faciə xalqın milli əzm və iradəsini qıra, onu müstəqillik uğrunda mübarizəsindən döndərə bilməyib. Saleh Məhərrəm­ov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu faciəyə siyasi-hüquqi qiymət verilməsindəki tarixi xidmətlərindən danışaraq vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı bu gün də əhəmiyyətli işlər görülür.

Dəyirmi masada Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini Xəzər Hüseynov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvarında süquta uğramaqda olan işğalçı sovet imperiyası milli azadlıq hərəkatını boğmaq məqsədilə ­əksəriyyəti ermənilərdən ibarət olan xüsusi təyinatlı ordunu Bakıya yeritdi, eyni zamanda Naxçıvan erməni işğalına məruz qaldı. Yanvar ayında ilk olaraq ermənilərin Sədərəyə hücumu zamanı Naxçıvan 9 şəhid verdi, 21 nəfər yaralandı.
Vurğulanıb ki, 1990-cı il 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi məsələsi ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də ümummilli lider ­Heydər Əliyevin sədrliyi ilə keçi­­ri­­lən birinci sessiyasında müzakirə olunub.
Universitetin Kitabxanaçılıq kafedrasının dosenti Sədaqət Nemət 20 Yanvar faciəsi zamanı 20 mindən artıq hərbçinin, güclü hərbi texnikanın iştirakı ilə dinc, günahsız insanların, qadın və uşaqların, qocaların kütləvi şəkildə qətlə yetirildiyini, vətənpərvər xalqın şəhidləri görünmə­miş izdihamla son mənzilə yola saldığını bildirib.
Diskussiya zamanı qeyd olunub ki, 20 Yanvar hadisələrinə beynəlxalq müstəvidə hələ də düzgün siyasi qiymət verilməyib. Azərbaycan xalqının milli əsarətə, qətliama qarşı mübarizə günü olan bu tarix, şəhidlərimizin müqəddəs xatirəsi yaddaşlarda daim yaşayacaqdır.

Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041104
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2530
5384
18336
92435
3041104

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter