13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov bildirib ki, muxtar respublikamızda keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunması, məhsul, iş və xidmətlərin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi tədbirinin icrası istiqamətində 2016-cı ildə idxal olunmuş 143 halda məhsulun üzərinə Azərbaycan dilində zəruri məlumatların vurulması təmin olunub.

Əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə 2015-ci il mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə xidmət mərkəzlərinə 43 halda baxış keçirilib. Qanunvericiliyə uyğun olmadığından 34 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilib. Xidmət mərkəzlərində 274,80 manat dəyərində yararlılıq müddəti bitmiş məhsulun satışına qadağa qoyulub. Ümumilikdə, ötən il ərzində standartların tələblərinə uyğun olmayan 2566,80 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb, 1589 halda məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub. Bundan əlavə, təsərrüfat subyektlərindən götürül­müş məhsul nümunələrinin 1392 halda laboratoriya analizləri aparılıb və aşkar edilən nöqsanlar aradan qaldırılıb.
Komitə sədri bildirib ki, bərbərxana və gözəllik salonlarında istifadə olunan alətlərin mütəmadi olaraq sterilizasiyasını təmin etmək məqsədilə müvafiq təsərrüfat subyektlərində sterilizatorlardan istifadə prosesi nəzarətdə saxlanılıb, ötən il ərzində 141 ədəd sterilizator quraşdırılıb. Eyni zamanda 2016-cı il ərzində 713 ədədi ərzaq məhsullarına, 822 ədədi qeyri-ərzaq məhsullarına, 5 ədədi isə xidmət sahəsinə aid olmaqla, ümumilikdə, 1540 ədəd uyğunluq sertifikatı verilib. Bunlardan 640 ədədi istehsal olunan məhsullara, 895 ədədi xaricdən gətirilmiş məhsullara verilmiş uyğunluq sertifikatlarının tanınmasına, 5 ədədi isə göstərilən xidmətə aiddir. Qeyd olunub ki, əmtəə nişanlarının, ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin mühafizəsi üzrə 60 müraciət daxil olub. Ümumilikdə, əmtəə nişanlarının mühafizəsinə dair 73 şəhadətnamə, coğrafi göstəricinin mühafizəsinə dair 1 şəhadətnamə, ixtiranın mühafizəsinə dair 2 patent, sənaye nümunəsinin mühafizəsinə dair 7 patent, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması üçün 13 bildiriş verilib.
Sonra məruzə ətrafında çıxışlar olub, qazanılan uğurlardan, işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışılıb.

  *   *  *

2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən müşavirəni xidmətin rəisi, miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə edib. 

Məruzəçi bildirib ki, 2016-cı il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədəolma qaydalarına nəzarət etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib, müəyyən edilmiş inzibati pozuntu halları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Qeyd olunub ki, 2016-cı il ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 338 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 180-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 143-ü 48 saat müddətində, 15-i isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb.
Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 10324 müraciət daxil olub. Həmin müraciətlərdən 8509-u şəxsən təqdim edilib, 1815-i Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron poçt ünvanına və elektron hökumət portalına göndərilib.
“Hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə, ümumilikdə, 646 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 617-si icra olunub, 29-u isə hazırda icra mərhələsindədir”, – deyən xidmət rəisi bildirib ki, bu dövr ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı daxil olan 6 müraciətin hamısı icra edilib.
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar xidmətə 619 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 616-sı icra olunub, 3-ü isə icraatdadır.
Bu dövr ərzində 202 – Miqrasiya Məlumat Mərkəzinin fəaliyyəti artırılıb. Əvvəllər yalnız stasionar telefon nömrələri vasitəsilə müraciətlər qəbul olunurdusa, artıq “Naxtel” şəbəkəsindən də müraciətlərin qəbul edilməsi təmin olunub. İl ərzində 202 – Miqrasiya Məlumat Mərkəzinə əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən miqrasiya sahəsində qüvvədə olan qanunvericilik, müraciətlərin icrası vəziyyəti və digər məsələlərlə bağlı 240 müraciət daxil olub. Daxil olmuş hər bir müraciət tam, dəqiq və operativ cavablandırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub, xidmətin 2016-cı ildəki fəaliyyəti ətraflı təhlil edilib, əvvəlki ilin göstəriciləri ilə müqayisələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

*  *  *

2016-cı ildə Naxçıvan Muxtar Respublikasının bank qurumları fəaliyyətlərini təsdiq olunmuş tədbirlər planına uyğun qurub. Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2017-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 109 milyon 195 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 937 min manat, uzunmüddətli kredit qoyuluşu 101 milyon 258 min manat təşkil edib.

Kreditləşmədə əsas məqsəd aqrar sektorun inkişafı, ixraca yardım, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Muxtar respublika əhalisinə verilmiş 10 milyon 90 min manat məbləğində şəxsi istehlak kreditləri və daşınmaz əmlak alınması üçün 9 milyon 788 min manat məbləğində ipoteka kreditləri nəticəsində vətəndaşların mənzil şəraiti yaxşılaşdırılıb, real sektor dəstəklənib.
Bu sözləri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən yığıncaqda idarənin sədri Səbuhi Məmməd­ov deyib. O bildirib ki, kredit qoyuluşu, əsasən, dövlət pro­qramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib.
Vurğulanıb ki, banklar və kredit təşkilatları tərəfindən 2016-cı il ərzində 43 milyon 355 min manat kredit verilib. Həmin vəsaitlərin 10 milyon 512 min manatı qısamüddətli, 32 milyon 843 min manatı uzunmüddətli kreditlərin payına düşüb. Muxtar respublikada təklif edilən faiz dərəcəsi ölkədə iqtisadi rayonlar arasında kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcələridir.
2016-cı il ərzində aqrar sahənin inkişafı digər sahələr kimi diqqət mərkəzində saxlanılıb və bu istiqamətdə verilmiş kreditlər portfelin 22,9 faizini və ya 9 milyon 911 min manatını təşkil edib. Sənaye və real sektora isə 15 milyon 100 min manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 42,2 faizini kiçikhəcmli kreditlər təşkil edib.
Banklar tərəfindən 2016-cı il ərzində 2160 hüquqi, 53620 fiziki şəxs olmaqla, 55780 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 46163-ü işlək hesab olub. Onların 1410-u hüquqi, 44753-ü fiziki şəxsdir.
İl ərzində 87 hüquqi, 15259 fiziki şəxs olmaqla, 15346 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 15343-ü fəaliyyət göstərir ki, onların 85-i hüquqi, 15258-i fiziki şəxsdir.
Qeyd olunub ki, 2 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri tərəfindən təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Pro­qram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilib.
Bildirilib ki, 1 yanvar 2017-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 556-sı Naxçıvan şəhərində, 646-sı isə rayon və kənd mərkəzlərində olmaqla, 1202 ədədə çatdırılıb. POS-terminalların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 158 ədəd artıb. POS-terminalların quraşdırılması hal-hazırda davam etdirilir.
Muxtar respublikada 1 yanvar 2017-ci il tarixə 56-sı Naxçıvan şəhərində, 43-ü rayon və kənd mərkəzlərində olmaqla, 99 ədəd bankomat fəaliyyət göstərir.
Məruzə ətrafında müzakirələrdə çıxış edən bank əməkdaşları hesabat ili ərzində işdə buraxılmış nöqsanlar, onların aradan qaldırılması yolları və 2017-ci ildə qarşıya qoyulan vəzifələr barədə danışıblar.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş ­Sığorta Agentliyində də 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

İclasda agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək deyib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon (şəhər) Dövlət Sığorta agentlikləri öz fəaliyyətini sığorta işinin inkişafı istiqamətində qurub.
2016-cı ildə muxtar respublikada sığorta fəaliyyətinin daha da genişləndirilməsi, sığorta mədəniyyətinin inkişafı, sığortanın kütləviliyinin təmin olunması üçün bir sıra tədbirlər görülüb. Belə ki, sığorta sahəsində əhalinin maarifləndirilməsi məqsədilə muxtar respublikanın əksər yaşayış məntəqələrində tədbirlər keçirilib. Vətəndaşlarla sığorta müqavilələri bağlanılarkən müqavilənin şərtləri barəsində ətraflı məlumat verilməsi diqqətdə saxlanılıb və sahibkarlıq subyektlərinə ­sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri verilərək məlumatlandırma işləri aparılıb.
Qeyd olunub ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş ­Sığorta Agentliyi tərəfindən yerli icra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib.
Vurğulanıb ki, 2016-cı ildə sahibkarlara məxsus daşınmaz əmlakın icbari ­sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari ­sığortasının həyata keçirilməsi və sığorta etdirməyənlərin sığortaya cəlb olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sahibkarlıq subyektlərində bu icbari sığorta növünün əhəmiyyəti, şərtləri, ümumilikdə, icbari sığortanın mahiyyəti barədə izahedici və maarifləndirici söhbətlərin aparılması davam etdirilib.
Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2015-ci illə müqayisədə 2,2 faiz, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 2,6 faiz artıb. 2015-ci ilin yekunları ilə müqayisədə muxtar respublikada 2016-cı ildə, ümumilikdə, bağlanmış sığorta müqavilələrinin sayı 4900 ədəd, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 2080 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 622 ədəd artıb.
İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, 2016-cı ildə muxtar respublikanın bütün rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortasının əhəmiyyəti barədə izahat-məlumatlandırma işləri aparılıb və 1358 müqavilə bağlanılıb.
İclasda Dövlət Sığorta agentliklərinin direktorları çıxış edərək görülmüş işlər haqqında məlumat veriblər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398547
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1542
5770
18377
57714
3398547

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter