19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

2016-cı ildə muxtar respublikada sosial-iqtisadi sahədə inkişaf təmin edilib. Həyata keçirilən infrastruktur layihələri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər sayəsində bu inkişaf gömrük orqanlarını da əhatə edib. Ötən il Sədərək sərhəd-gömrük buraxılış məntəqəsi üçün dünya standartlarına uyğun kompleksin tikintisi davam etdirilib. Naxçıvan-Məşhəd dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə muxtar respublika gömrüyünün xidmət dairəsi daha da genişlənib. Naxçıvan və Culfa şəhərlərinin dəmir yolu vağzallarında rentgen nəzarəti qurğuları və elektron məlumat lövhələri quraşdırılıb, gömrük nəzarətinin aparılması üçün lazımi şərait yaradılıb. 2016-cı ilin sentyabr ayında istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı”nda da gömrük xidmətinin təşkili üçün infoköşk, elektron məlumat lövhələri və termal kamera qurulub. Bundan əlavə, avtonəqliyyat vasitələrinin keçidini sürətləndirmək məqsədilə Sədərək və Culfa sərhəd-keçid məntəqələrində yeni avadanlıqlar və xüsusi proqram təminatı quraşdırılaraq “Sərhədkeçmə vaxtının ölçülməsi” sisteminin tətbiqinə başlanılıb.

Bu fikirlər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında səsləndirilib. 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov məruzəsində bildirib ki, 2016-cı ildə muxtar respublika gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 7 milyon manat proqnoz-tapşırığı yerinə yetirib. Gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 9,6 faizini təşkil edib.
Qeyd olunub ki, ötən il 56 xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi 463 milyon 244 min ABŞ dolları olub. Ötən il xarici ticarət dövriyyəsinin 90 faizi ixrac, 10 faizi isə idxal əməliyyatlarının payına düşüb. İdxal-ixrac əməliyyatları üzrə yaranmış müsbət saldo 374 milyon 996 min ABŞ dolları həcmində olub.
Komitə sədri bildirib ki, istehlakçıların yüksəkkeyfiyyətli mallarla təmin edilməsi üçün idxal olunan bütün qida məhsulları Naxçıvan Gömrük Ekspertizası İdarəsinin laboratoriyasında analiz olunaraq gömrükdən buraxılışı həyata keçirilib, ötən dövr ərzində 6109 ton maldan götürülən nümunələrin laboratoriya analizləri aparılıb.
Qeyd olunub ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırığa əsasən turistlərin gömrük sərhədindən sürətli keçidi təmin olunur, gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı tanıtım videoçarxları nümayiş etdirilir.
İclasda ötən il görülmüş işlərlə əlaqədar komitənin şöbə və idarə rəislərinin çıxışları dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4639
5369
15061
89160
3037829

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter