23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə edib. Məruzəçi qeyd edib ki, 2016-cı il muxtar respublikamız üçün uğurlu olub. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.
Bildirilib ki, hesabat dövründə muxtar respublika prokurorluğunun əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməyə çalışıblar.

Vurğulanıb ki, ötən il ərzində peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlərin göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmayıb. Hüquqi maarifləndirmə və profilaktika işi daha da gücləndirilib, muxtar respublika prokurorluğu tərəfindən prokurorluğun fəaliyyəti və qanunvericiliyin izahı ilə bağlı 869 dəfə təbliğat işi aparılıb, kütləvi informasiya vasitələrində 385 dəfə, o cümlədən tele­viziyada 109, radioda 29, mətbuatda isə 247 dəfə müxtəlif hüquqi mövzularda çıxışlar edilib. İşəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət olunması məqsədilə 2016-cı ildə prokurorluğun mərkəzi aparatının və rayon (şəhər) prokurorluqlarının əməliyyat işçiləri bu işə cəlb edilib və hazırda digər müvafiq orqanlarla əlaqəli şəkildə bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd edilib ki, ötən il əldə olunan nəticələr arxayınçılığa şərait yaratmamalı, bundan sonra da cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün səy göstərilməli, işlər qarşıya qoyulan yüksək tələblər səviyyəsində qurulmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055752
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2946
3998
32984
107083
3055752

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter