19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2016-cı ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni xidmətin rəisi, general-mayor Səxavət Salmanov açaraq bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də muxtar respublika ərazisində qeydiyyatda duran və 16 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə ilkin hərbi qeydiyyata alınmasını, qeydiyyata götürülmüş vətəndaşların çağırışqabağı hazırlıq işlərinin təşkil edilməsini, onlarla sağlamlıq profilaktik tədbirlərin keçirilməsini, çağırış kampaniyalarının mütəşəkkil aparılmasını təmin edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa birləşmələrin və xüsusi birləşmələrin sürücü ixtisası ilə komplektləşdirilməsi məqsədilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinə 2016-cı il ərzində 293 nəfər çağırışçı cəlb olunub.

Naxçıvan Muxtar Respublikasında məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsinin diqqət mərkəzində saxlanıldığını deyən xidmət rəisi bildirib ki, bu tədbirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə planları əsasında təşkil edilib. Bundan əlavə, 2016-cı ilin oktyabr və dekabr aylarında ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərinin planlı şəkildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və Əlahiddə Ümumqoşun Ordusunun tabeliyindəki bir sıra hərbi hissələrə ekskursiyaları təşkil edilib.
Vurğulanıb ki, 2016-cı ildə ehtiyata buraxılan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi 180 nəfər namizəd seçilərək göndərilib.
2016-cı ildə 9 nəfər ehtiyatda olan zabit ehtiyatdan çağırılaraq 1 il 6 ay müddətinə və 11 nəfər ehtiyatda olan gizir ehtiyatdan çağırılaraq 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, onlardan 4 nəfər zabit və 3 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edirlər.
Səxavət Salmanov işdə buraxılmış nöqsanlara da toxunub, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyevin, Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimlinin, Kəngərli Rayon Şöbəsinin rəisi, mayor Həsən Məmməd­ovun və Şahbuz Rayon Şöbəsinin rəisi, mayor Anar Aqil­ovun çıxışları olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033363
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
173
5369
10595
84694
3033363

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter