15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2016-cı ildə görülmüş işlərin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclasda məruzə edən fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev qeyd edib ki, ötən il Fövqəladə Hallar Nazirliyi üçün ən yaddaqalan illərdən biri olub. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş nazirliyə hesabat dövrü ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən 69 adda müxtəlif növ əşya əmlakları, fərdi mühafizə vasitələri, kimyəvi reaktivlər, laboratoriya avadanlıqları, yeməkxana ləvazimatları verilib.
Şamı Abdullayev nazirliyin mərkəzi aparatının və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına diqqət çəkərək vurğulayıb ki, ötən dövr ərzində 2 zabit Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Akademiyasına təhsil almağa, 6 nəfər hərbi və xüsusi rütbəli əməkdaş isə müvafiq ixtisas­artırma kurslarına göndərilib.

“Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, obyektlərin layihələndirilməsi mərhələsində 85 obyektin layihə sənədləri yoxlanılıb, 39 obyektin işçi layihə sənədləri ekspertizadan keçirilib, 34 obyektin tikinti sahəsindən götürülmüş qrunt nümunələrinin laboratoriyada analizi aparılıb”, – deyən nazir bildirib ki, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdirilərək 32 müəssisədə 206 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, yeni istifadəyə verilən 27 lift, 2 eskalator, 174 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 38 kran və 58 lift texniki müayinədən keçirilib.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən 2215 obyektdə əsaslı, 2347 obyektdə nəzəri, 874 obyektdə isə məqsədli yoxlamalar aparılıb, qaz və elektrik cihazlarından düzgün istifadə edilməsi, həmçinin yanğın-partlayış və dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün fərdi yaşayış evlərinə və mənzillərə baxışlar keçirilərək quraşdırılmış 143 suqızdırıcının istismarı dayandırılıb.
Aparılan tədbirlər nəticəsində muxtar respublikada 2016-cı ildə yanğın hadisələrinin sayı ötən illə müqayisədə 25 faiz, dəymiş ziyan isə 45,9 faiz azalıb.
Vurğulanıb ki, 2016-cı ildə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün tikilmiş 48 mənzilli yaşayış binasının 2017-ci il yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olub. Bunu nazirliyə göstərilən böyük dövlət qayğısı kimi dəyərləndirən Şamı ­Abdullayev cari ildə nazirliyin və tabeli təşkilatların belə qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini bildirib.
Məruzə ətrafında çıxışlar olub. Çıxışlarda işdə buraxılan nöqsanlara toxunulub. Qeyd edilib ki, muxtar respublikada fövqəladə halların baş verməsinin qarşısının vaxtında alınması nazirlik qarşısında duran ən başlıca vəzifədir. Bu vəzifənin yerinə yetirilməsində hər bir əməkdaş məsuliyyət hissi daşıyır. Ona görə də heç bir nöqsana yol verməmək üçün əməkdaşlar öz vəzifə borclarına məsuliyyət hissini daha da ­artırmalıdırlar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407227
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
768
4561
27057
66394
3407227

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter