11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Məktəbli olanda odun-kömür daşımaq, valideynlərə şaxtalı qış günlərində kömək etmək biz kiçiklərin böyük vəzifəsi idi. Ona görə də çöldə-bayırda oynamaq, qarda sürüşmək bizim üçün daha xoş idi, nəinki məktəbə getmək, evdə oynamaq. O illərin çətin günləri uşaqlığımızın şirin günlərini əlimizdən almışdı.

Şahbuz rayonunun Biçənək kəndi dağların əhatəsindədir. Hələ payızın son aylarından başlayaraq dağların başına qardan papaq qoyulur. Qışda isə kənd çəməni, düzü, bağ-bağatı ilə bərabər ağ örpəyə bürünür. Bir dağ kəndinin qış mənzərəsini seyr etmək həvəsi də vardı bu səfərimdə. Biçənəyə soyuq bir qış günündə üz tutmuşdum. Bu kəndə uzanan yol rəvan və rahatdır. Kəndə getməkdə məqsədim həm də dağlıq ərazidə yaşayan insanların qış qayğıları, həyat tərzi, gündəlik yaşayışı ilə tanış olmaq idi. Elə bu istək məni qışın oğlan çağında Biçənəyə apardı. Biçənəklə bağlı təəssüratlarımı qələmə almazdan əvvəl oxucularımıza kənd haqqında bəzi məlumatları çatdırmaq istəyirəm.

Bu yurd yeri rayon mərkəzindən 24 kilometr şimal-şərqdə – Zəngəzur silsiləsinin ətəklərində yerləşir. Bir zamanlar daim hərəkətli olan Yevlax-Laçın-Naxçıvan avtomobil yolu Biçənəkdən keçirmiş. Naxçıvançayın ilk mənbəyi də elə bu kənddəki qar və qrunt sularının əmələ gətirdiyi Biçənək çayından başlanır. Kəndin İpək Yolunun üzərində yerləşməsi orta əsrlərdən bu yerlərdə sənətkarlığın inkişafına öz təsirini göstərib. Təsadüfi deyil ki, dəvə karvanlarının istirahət, yaxud dayanacaq kimi istifadə etdiyi Fərhad evi məhz Biçənək kəndinin yaxınlığındadır. Bir vaxtlar bu kəndin yaxınlığında son orta əsrlərə aid edilən Xınzirək yaşayış məskəninin də olduğu məlumdur. Amma sovet dönəmlərində kənd­lərimizə olan ögey münasibət, qayğısızlıq bir çox yurd yerlərimiz kimi, Xınzirəyin də itib-batmasına səbəb olub. Yol çəkmək, körpü salmaq, qurmaq, yaratmaq, yaşayış şəraiti düzəltmək həm böyük zəhmət, həm də çox böyük vəsait tələb edir. Zəhmət çəkilmədiyindən və vəsait verilmədiyindən bəzi yurd yerlərimiz “öz ömrünü” başa vurub. Kəndə və kəndliyə dövlət qayğısı sayəsində yüzlərlə belə kəndlərimizə yaşamaq haqqı yalnız müstəqillik illərində verilib. O kəndlər ki elə Xınzirək kimi rəvan yola, işığa, qaza, telefona və ümumiyyətlə, ən adi yaşayış şəraitinə möhtac idi. Belə yurd yerlərimizə sahib çıxan dövlətimiz kənd sakinlərinə yaxşı yaşamaq imkanı yaradıb. Bu siyasəti böyük məsuliyyətlə, vətəndaşlıq qayəsilə həyata keçirənlər əməllərilə yeni bir tarix yazıblar. İndi gözəllik ömrünü yaşayan Biçənək də belə kənd­lərimizdəndir.
Kənd çox qədim tarixə malikdir. Zəngəzur və Dərələyəz sıra dağlarının qovşağında yerləşən Biçənək aşırımı kəndə yaxınlığı ilə diqqəti çəkir. IX əsr ərəb tarixçiləri əl-Bəlazuri, əl-Yəqubi ərəblərin Azərbaycana hücumundan bəhs edərkən qoşunların məhz Biçənək aşırımından keçib getdiyini qeyd ediblər. 12 əsr bundan əvvəl tarixi mənbələrdə bu kəndin adının çəkilməsi Biçənəyin qədim tarixi haqqında danışmaq üçün kifayət qədər əsas verir.
Biçənəyə məxsus başqa bir xüsusiyyəti də qeyd etmək yerinə düşər. Kənddən 2 kilometr aralıda mineral su bulaqlarının olması da burada insanların sağlamlığına və uzunömürlülüyünə təsir edən əsas amildir. Mütəxəssislərin fikrincə, həmin bulaqlar öz zəngin tərkibilə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadəyə yararlıdır. Biçənəkdə yüzlərlə göz yaşı kimi dumduru suyu olan bulaqlar yazda, yayda çölə-çəmənə can verir.
Biçənək muxtar respublikanın dilbər guşələrindən olan Batabat yaylağının yaxınlığındadır. Ona görə də ilin müxtəlif fəsillərində Batabata yolu düşənlər Biçənəyin də hüsnünə tamaşa edirlər. Zəngin turizm potensialı olan Batabatda məhz bu məqsədlə yaradılan infrastruktur sahələrinin inkişaf etdirilməsi buraya üz tutan insanların sayını günbəgün artırır. Aparılan quruculuq işləri bu yurd yerinin simasını tamamilə dəyişib.
Son illərdə Biçənəkdə bir çox infrastruktur tədbirləri reallaşdırılıb. Hələ 2008-ci ilin sonlarında kənddə iki bina tikilərək istifadəyə verilib. Üçmərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, arxiv, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi, poçt fəaliyyət göstərir. Binada həmçinin həkim ambulatoriyası və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin filialı da yerləşir. Ambulatoriyada doğuş, həkim, qeydiyyat və manipulyasiya otaqları var ki, burada biçənəklilərə ilkin tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb.
Biçənəkdə 2012-ci ilin noyabr ayında istifadəyə verilən beşmərtəbəli məktəb binası kəndə ayrı bir gözəllik bəxş edir. Bu gözəlliklərə başqa bir ahəng əlavə edən qar kəndi bir rəngə boyayıb. Bir neçə gün ərzində yağan qarı həyət-bacalarından, o cümlədən yollardan, obyektlərin ətrafından böyük həvəslə təmizləyən insanlara, qarda oynayan uşaqlara diqqətlə baxdığımı görən məktəbin direktoru Həzi Quliyev dedi:
– Biz dağ adamları soyuqdan qorxmarıq, qardan çəkinmərik. Qar yağdımı kənddə bir qaynarlıq yaranır. Hamı öz yolunu, işlədiyi idarənin ətrafını təmizləyir ki, yıxılan, zədəalan olmasın. İlin bu vədəsində – qar yağarkən evdə-eşikdə oturmağa hövsələmiz çatmaz. Kənd adamı belədir ki, uşaqlıqdan hər fəslə uyğunlaşır. Uşaq vaxtı qışda dağların ətəklərində qartopu oynamağa, sürüşməyə getdiyimizi unutmamışıq. İndi də bizim uşaqlarımız uşaqlıq həyatını yaşayır, qışın qarı, yazın yağışı onları qorxutmur. Amma biz onlardan fərqli bir həyat yaşamışıq. Çox böyük əziyyətlər çəkmişik. Ona görə də qurulanları, yaradılanları qorumalıyıq. Bizim vaxtımızda məktəbə gəlmək müşkül məsələ idi. Kəndin aşağısından üzüyuxarı zığ-palçıqlı, qarlı-buzlu yollarla yıxıla-dura çatdığımız məktəbdə soyuq sinif otaqlarında qanımız damarlarımızda sanki donurdu. Buz bağlamış canımızı evimizdə də yaxşı isidə bilmirdik. Ona görə də çöldə-bayırda oynamaq, qarda sürüşmək bizim üçün daha xoş idi, nəinki məktəbə getmək, evdə oynamaq. Çətin dövr uşaqlığımızın şirin günlərini əlimizdən almışdı. Bugünkü uşaqlara həsədlə baxıram. Çünki nə evdə, nə də məktəbdə heç bir çətinlik çəkmirlər.
Kəndin tarixində özünəməxsus yeri olan ilk məktəbin yaranması haqqında verdiyim suallara Həzi müəllim belə cavab verdi:
– Kəndimizdə ilk məktəb 1926-cı ildə yaradılıb və bir sinifdən ibarət olub. Maraqlısı odur ki, həmin məktəbdə oxumaq üçün yaş məhdudiyyəti qoyulmayıb. Yazmaq, öyrənmək istəyən hər kəs məktəbə qəbul olunub. Məqsəd kənd sakinlərinin ibtidai təhsil almasına, savadsızlığın, tədricən, aradan qaldırılmasına nail olmaq idi. 1933-cü ilə qədər belə olub. İkinci Dünya müharibəsindən sonra məktəb beşillik olsa da, sonrakı illərdə yeddiillik, səkkiz­illik təhsil sistemi yaradılıb. 1973-cü ildən etibarən kənd məktəbi orta məktəb kimi fəaliyyətini davam etdirib. 2000-ci ilə kimi kənd məktəbi 1910-cu ildə tikilmiş binada fəaliyyət göstərib.
Bugünkü 288 şagird yerlik yeni məktəb binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən çox kitab fondu olan kitabxana, internetə çıxışı olan 18 kompüter dəsti ilə təmin edilmiş kompüter sinfi vardır.
Öz peşəsini sevən müəllimlər gələcəyimiz olan uşaqlara elmin sirlərini dərindən öyrətməyə, onları hərtərəfli tərbiyə etməyə çalışırlar. Pedaqoji kollektiv təlimlə yanaşı, tərbiyənin də yaxşı vətəndaş yetişdirmək üçün önəmli olduğunu bilir.
Həzi Quliyev dedi ki, yeni məktəbin istifadəyə verilməsi şagirdlərin sevincinə səbəb olubsa, müəllimlərin də üzərinə xeyli məsuliyyət qoyub. Çalışırıq ki, dövlətin qayğısının əvəzində daha çox nailiyyətlər qazanaq və məktəbin təhsil uğurlarını artıraq.
Kənddə əhalinin əsas məşğuliyyəti meyvəçilik, heyvandarlıq və arıçılıqdır. Biçənək dağlıq ərazidə yerləşdiyinə görə əkinçilik üçün o qədər də əlverişli deyil. Lakin həyətyanı sahələrdə tərəvəz bitkiləri əkilir və yaxşı məhsul əldə olunur. Buna görə də əhali qış azuqəsini öz həyətyanı sahəsindən topladığı məhsullarla hazırlayır.
Heyvandarlıq, xüsusilə arıçılıq biçənəklilərin daha çox maraq göstərdikləri sahədir. Çünki kəndin ərazisi arıçılığın və heyvandarlığın inkişafı üçün əlverişlidir. Çəkilən zəhmət hədər getmir. Arıçılar baltutarların yerini yaxşı bildiklərindən arı ailələrini mövsüm ərzində həmin ərazilərə aparır və yaxşı məhsul götürürlər. Biçənək balı öz tərkibinə və keyfiyyətinə görə seçilir.
Otu, gülü, çiçəyi minbir dərdin dərmanı olan Biçənək dağları həm də ələyəz, əvəlik, qazayağı, baldırğan, cincilim, cacıq, şıppır, xıncılovuz, süddücə, unnuca, xatınbarmağı, quzuqulağı kimi yabanı tərəvəz bitkiləri ilə də zəngindir. Kənd sakinləri yazda qışa hazırlıq görmək üçün həmin bitkiləri, eləcə də dərman otlarını yığıb qurudur, payızda isə ehtiyacdan artıq olanı bazara çıxarırlar. Yeri gəlmişkən qeyd edək ki, dolanışığını torpaqdan çıxaran kənd sakinləri kənd təsərrüfatı yarmarkalarının keçirilməsindən razılıq edərək deyirlər ki, olanımızı-qalanımızı satmağa yerimiz var. Buna görə də onlara bu şəraiti yaradanlara minnətdar olduqlarını bildirirlər.
Yunis Hüseynəliyev bildirdi ki, gözümü bu dünyaya Biçənək kəndində açmışam. Amma nə kəndə, nə də kəndliyə bu qədər qayğı görməmişəm. Onun dediklərindən:
– İndi Allaha şükür qazımız, işığımız, suyumuz, telefonumuz, bir də rahat yolumuz var. Günü-gündən gözəlləşən kəndimizdə tikilən evlərə bax, qiymətini ver. O vaxtlar belə gün-güzəran vallah o böyüklər yaşayan yerdə də yox idi. Bizim nə gəncliyimiz, nə də cavanlığımız rahat keçdi. Şükürlər olsun ki, qocalığımız belə gözəl dövrana düşdü. Allah bir az ömür versin ki, görmək istədiklərimizin, arzuladıqlarımızın sahibi olan nəvə-nəticələrimizin xoşbəxtliyindən pay alaq.

Soyuq bir qış günündə qonaq olduğum ucqar dağ kəndində sakinlərin belə rahat yaşayışını görmək, onların ürəkdolusu sözlərini eşitmək, təbiətin əsrarəngiz mənzərəsini seyr etmək çox xoş idi. Üzlərdə gördüyüm təbəssüm və insanların mehribanlığı elə bil ki, məni şaxtadan qoruyurdu, üşümürdüm... Geriyə qayıdırıq. Çən-duman çökən dağları arxada qoyuruq. Yolboyu düşünürəm ki, yaradılan gözəlliklər yurd sevgisinin, qayğının və quruculuq siyasətinin bəhrəsidir. Vətəni sev deməklə bu sevgi yaranmaz. Uzun illərdir ki, yurdumuzda sanki bir rəsm əsəri yaradılır. Gözəlliyin bütün çalarları öz əksini tapan həmin tabloda şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin adları həkk olunur. Bunlar müstəqilliyimizin, ümummilli liderimizin millətimizə, dövlətimizə, vətənimizə bəxşişidir. Muxtar respublikamızda ulu öndərin yoluna sədaqət kəndimizi də, şəhərimizi də gülüstana çevirib.

Şəhla NƏBİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390983
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5599
5214
10813
50150
3390983

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter