20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, 2016-cı il dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb.

Bu münasibətlə həmin gün keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulayıb, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”. Dekabrın 29-da saat 1100-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınıb. Adıçəkilən istiqamət üzrə hərəkət edən qatar yanvarın 3-də ilk sərnişinlərini İran İslam Respublikasından Naxçıvana çatdırıb. Həmin sərnişinlərdən bir neçəsi öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb.
Rza İsmayılov, Babək rayon sakini: “Əvvəllər Məşhəd şəhərinə avtobuslarla gedib-gəlirdik. Yol uzaq olduğundan avtobusla getmək biz sərnişinlər üçün o qədər də asan deyildi. Xüsusilə yaşlı insanlar üçün müəyyən çətinliklər yaradırdı. Qatarda getmək isə əksinə, çox rahatdır, sərnişin vaqonlarında hərtərəfli şərait yaradılıb. Sevinirik ki, belə bir layihə həyata keçirilib. Bu xəttin istifadəyə verilməsi Naxçıvanla İran İslam Respublikası arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək, hər iki tərəfdən sərnişinlərin rahat gediş-gəlişini təmin edəcək”.
Hadi Qasımi, İran vətəndaşı: “Məşhəd şəhərindən Naxçıvana bu qatarla gəldim. Çox rahat bir səfər etdik. Vaqonlarda sərnişinlər üçün hər cür şərait yaradılıb, yolda heç bir çətinliklə rastlaşmadıq. Havanın soyuq olmasına baxmayaraq, bütün vaqonlar istiliklə təmin olunublar. Sərnişin qatarı həm xidmət, həm də qiymət baxımından sərfəlidir. İnanıram ki, bundan sonra Təbrizdən, Tehrandan, Məşhəddən Naxçıvana gəlmək istəyən İran vətəndaşları dəmiryol nəqliyyatına üstünlük verəcəklər, eyni zamanda bu, hər iki tərəfdən turist sayının artmasına səbəb olacaq”.
Sərnişinlərdən Babək rayon sakini Gövhər İsmayıl­ova isə fikirlərini belə ifadə etdi: “Məşhəd ziyarətindən gəlirəm. Qatarla səfərimiz o qədər rahat və gözəl keçdi ki, vaxtın haradan gəlib keçdiyinin fərqinə varmadıq. Vaqonlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Bələdçilərdən razıyıq, yolboyu bizimlə çox maraqlandılar, yaxşı xidmət etdilər. Arzum budur ki, paytaxt Bakı ilə də belə bir yolumuz olsun. Bu işdə əməyi olanlara öz minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb. Sərnişin qatarı həftədə 2 dəfə fəaliyyət göstərir. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir. Kupetipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunub və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılıb. Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır. Bir istiqamətdə hərəkət vaxtı, təxminən, 30 saatdır.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041169
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2595
5384
18401
92500
3041169

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter