18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Artıq 25 ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Yeni il ərəfəsində keçirilən bu bayram bütün dünyada yaşayan azərbaycanlıların bir bayraq altında birləşən həmrəyliyinin və gücünün göstəricisidir.
Ötən dövrdə əldə edilən uğurlar xalqımızı daha gözəl günlərə səsləyir, hər kəs yeni ili xoş əhval-ruhiyyə ilə qarşılayır, gələcəyə daha inamla baxır. Builki bayramların böyük şövqlə keçirilməsində ötən illərdə qazanılan nailiyyətlər az rol oynamayıb. Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonu da bu sırada istisna deyil.
Ötən dövr ərzində Şərur rayonu daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub.
2016-cı ildə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yeni tədris korpusu, Arbatan kəndində yeni sosial obyektlər istifadəyə verilib. Eyni zamanda Şərur şəhər 2 nömrəli, Çəmənli kənd tam orta məktəb binalarının, Çəmənlidə həmçinin kənd və xidmət mərkəzlərinin, Arpaçay yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri davam etdirilib. Həyata keçirilən tədbirlər əhalinin gün-güzəranını, yaşayış səviyyəsini xeyli yaxşılaşdırıb, onlarda yaşadıqları yurda, torpağa olan sevgini, eləcə də el-obaya olan bağlılığı daha da artırıb. Bunun nəticəsidir ki, Şərur rayonunun sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili əldə olunan nailiyyətlərin yaratdığı yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Şaxta baba və Qar qızın, yaradıcı kollektivlərin çıxışları alqışlarla qarşılanıb. Bayram tədbirində ən çox sevinən isə uşaqlar olublar. Onlar çil-çıraqla bəzədilmiş küknarlar ətrafında rəqs edib, mahnılar oxuyub, şeirlər söyləyiblər.

Rayon Mədəniyyət Evinin “Arpaçay” instrumental, “Şərur qönçələri” və “Şərur” Xalq Yallı ansambllarının ifalarında səslənən musiqi nömrələri və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Babək rayonu 

Yanvarın 1-də Babək rayonunda da bayram tədbiri keçirilib. Tədbirdə Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın, rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib.
2016-cı il Babək rayonu üçün də əlamətdar olub. Belə ki, ötən il rayonda tikinti-quruculuq işləri davam etdirilib. 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilib, Gərməçataq kənd avtomobil yolu yenidən qurulub.
Xəlillidə kənd və xidmət mərkəzləri, məktəb binası istifadəyə verilib. Məzrədə kənd və xidmət mərkəzləri, tam orta məktəb binası quruculuq işlərinin davamı kimi kənd sakinlərini sevindirib. Həmçinin Hacı­varda kənd və xidmət mərkəzləri, Badaşqan kəndində isə xidmət mərkəzi tikilərək istifadəyə verilib.Yarımca kəndinə də quruculuq işlərindən böyük pay düşüb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, kənd tam orta məktəbi isə əsaslı təmir olunub. Kəndin 4700 metr məsafəlik yoluna asfalt salınıb.
Rayon sakinləri bizimlə söhbətlərində ildən-ilə qüdrətlənən Azərbaycan kimi bir ölkənin vətəndaşı olmalarından qürur hissi duyduqlarını dilə gətirdilər. El ağsaqqalları, müəllimlər, həkimlər, evdar qadınlar, xülasə, cəmiyyətin bütün təbəqələrindən olan insanlar bayramların belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdarlıqlarını, arzularını bildirdilər: “Qoy bu əmin-amanlıq, rahat həyat Azərbaycan, eləcə də Naxçıvan üçün əbədi olsun”.

Ordubad rayonu 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Ordubad rayonunda da təntənə ilə qeyd edilib, rayon əhalisi böyük ruh yüksəkliyi ilə Ordubad şəhərində keçirilən bayram tədbirinə qatılıb.
Rayonun mədəniyyət müəssisələrinin və musiqi məktəbləri kollektivlərinin təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb. Tədbirdə milli birliyimizə, həmrəyliyimizə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma yurdumuza həsr olunan şeirlər səsləndirilib, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş edib, Şaxta baba və Qar qız uşaqlara bayram sovqatı veriblər.
Tədbirin aparıcıları bildiriblər ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubadın da sosial-iqtisadi inkişafına öz töhfələrini verib, rayon iqtisadiyyatının daha da güclənməsi əhalinin gün-güzəranını xeyli yaxşılaşdırıb. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb.
Yola saldığımız ildə də Ordubad rayonunda tikinti-quruculuq işləri davam etdirilib, yeni bağlar, yaşıllıq sahələri salınıb. Belə ki, 2016-cı ildə Ordubad şəhərində Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında tikinti işləri davam etdirilib, Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilib. Şəhərin Mirzə Fətəli Axundov küçəsində 36 mənzilli yaşayış binasında təmir işləri aparılıb.
Yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işlərindən Baş Dizə kəndinə də pay düşüb. Ötən il bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, 156 yerlik məktəb binası inşa edilib.
Bütün bu tədbirlər onu deməyə əsas verir ki, 2017-ci ildə də Ordubad rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin olunacaq, dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq, rayonda yeni sənaye müəssisələri açılacaq, hər bir rayon sakininin rahat yaşaması üçün görülən işlər davam etdiriləcək.

Culfa rayonu 

2017-ci ili Culfa rayonu da böyük nailiyyətlərlə qarşıladı. Ötən il bu bölgəmizdə də geniş quruculuq işləri həyata keçirilib. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı ötən 2016-cı ildə də tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.
Qazanılan uğurlar, əldə edilən nailiyyətlərdən Culfa şəhərində keçirilən bayram şənliyində ətraflı bəhs edilib. Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon Mədəniyyət Evinin özfəaliyyət və Culfa şəhərindəki uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramı təqdim olunub. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar əsl bayram sevinci yaşayıblar.
Bayram şənliyinin aparıcıları culfalıları əlamətdar bayramlar münasibətilə təbrik edərək 2016-cı ilin Culfa rayonu üçün uğurlu olduğunu vurğulayıblar, sakinlərə yeni ildə ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda uğurlar arzulayıblar.

Kəngərli rayonu

Kəngərli muxtar respublikamızın bütün yaşayış məntəqələri abadlaşdırılan ilk rayonudur. Bölgənin abadlaşan sonuncu yaşayış məntəqəsi Yurdçu kəndi olub.
Ötən il yanvarın 14-də Yurdçu kəndində orta məktəb, kənd və xidmət mərkəzləri üçün binalar, o cümlədən Yurdçu kənd yolu istifadəyə verilib. Quruculuq işləri bununla yekunlaşmayıb. Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, rayonun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi işə salınıb.
Əldə olunan nailiyyətlər təkcə iqtisadi sahələri əhatə etmir. Mədəniyyət, təhsil, səhiyyə kimi humanitar sahələr də öz inkişafının yeni mərhələsindədir.
Yanvarın 1-də rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən şənlikdə 2016-cı ildə rayonda bütün sahələrdə qazanılan uğurlar barədə geniş danışılıb. Bayram tədbirində rayonun musiqi kollektivlərinin səsləndirdikləri mahnılar çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yeni ilin personajları olan Şaxta baba və Qar qızın gəlişi uşaqlara şən əhval bəxş edib, onları sevindirib.

Şahbuz rayonu 

Dünən muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da Yeni il bayramı böyük coşqu ilə keçirilib. Yola saldığımız 2016-cı il Şahbuz rayonu üçün də uğurlu olub.
Muxtar respublikamızda bütün sahələrdə əldə edilən nailiyyətlər Şahbuzun da inkişafı üçün geniş imkanlar yaradıb, burada həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir sakin bəhrələnib. Bütün yaşayış məntəqələri artıq abadlığa qovuşmuş Şahbuzun ən ucqar dağ kəndlərinin belə, siması dəyişilib. Artıq tarixdə qalmış 2016-cı ildə Daylaqlıda kənd və xidmət mərkəzləri tikilib, yeni məktəb binası istifadəyə verilib, kənddaxili yollar yenidən qurulub. Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulub, Kiçikobada kənd və xidmət mərkəzləri tikilib sakinlərin istifadəsinə verilib.
Böyük quruculuq və inkişaf yolu keçmiş Şahbuzda təşkil edilən bayram tədbirində insanlar sevinc içində idi. Abadlığı ilə seçilən Şahbuz şəhəri çox gözəl bəzədilmişdi. Şaxta baba, Qar qızın çıxışları uşaqları sevindirib, Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” ansamblının ifası alqışlarla qarşılanıb.

Sədərək rayonu 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sədərək rayonunda keçirilən bayram şənliyində sərhəd bölgəsinin sakinləri yüksək fəallıqla iştirak ediblər.
Bayram tədbirində rayon sakinləri ilə söhbətlərimizdən belə nəticəyə gəlmək olar ki, ötən il muxtar respublikamızın bütün bölgələri kimi, Sədərək rayonu üçün də uğurlu, yaddaqalan il olub.
Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazıblar. Sədərək belə insanların hesabına qorunub, bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan hərbçilərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir.
Ötən il də iqtisadi, sosial, mədəni sahələrdə sürətlə tərəqqi edən muxtar respublikamızın inkişafında sədərəklilər fəal iştirak ediblər. İl ərzində rayonda tikinti-quruculuq işləri aparılıb, kənd təsərrüfatı sahəsində nailiyyətlər əldə edilib, genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib, dövlət proqramlarının icrası istiqamətində bir sıra işlər görülüb, sahibkarlığın inkişafına diqqət artırılıb, əhalinin məşğulluğu təmin edilib. Təhsil, səhiyyə və digər sahələrdə də uğurlar əldə olunub. Sözsüz ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin həyat şəraitinə də müsbət təsir göstərib. Sədərəklilər inanırlar ki, 2017-ci il də onlar üçün nailiyyətlər ili olacaq.
Bayramlar münasibətilə Heydərabad qəsəbəsində təşkil olunan konsert rayon sakinlərində xoş ovqat yaradıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2596053
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1738
4843
1738
88839
2596053

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter