28 Oktyabr 2020, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” keçirilib.

 

Tədbirdə kitabxananın direktoru Sahab Əliyeva kitabxanaların elm və təhsilin inkişafındakı müstəsna rolundan söz açaraq qeyd edib ki, muxtar respublikamızda həyatımızın digər sahələri ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti üçün də hərtərəfli lazımi şərait yaradılıb. Yaradılan şəraitin və kitabxana fondlarının zənginləşdirilməsi nəticəsində oxucuların sayının əvvəlki illərlə müqayisədə bir neçə dəfə artdığını vurğulayan Sahab Əliyeva qeyd edib ki, mütaliəyə marağın artırılması, oxuculara kitabların sevdirilməsi baxımından fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsi keçirilir, oxuculara belə kitablardan yararlanmaq məsləhət görülür. “Oxucu günü”nün təşkil edilməsində də məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir.
Sonra iştirakçıların sualları cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR