28 Oktyabr 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə dünən hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə ikinci kurs tələbələri üçün tədbir təşkil edilib. Tədbiri universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı dosent Yusif Hüseynov açıb.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov slayd vasitəsilə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün nazirliyin müəyyən etdiyi istiqamətverici lahiyələr barədə geniş məlumat verib. Qeyd olunub ki, ötən müddətdə nazirliklə univeristet arasında təsdiq edilmiş tədbirlər planına əsasən “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələrindən bəhs edib. Vurğulanıb ki, tələbələr ədliyyə fəaliyyəti ilə bağlı prinsiplərin mahiyyətini mənimsəməklə müxtəlif innovativ ideyaları özündə əks etdirən startap layihələri irəli sürə bilərlər.
Sonda suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR