23 Oktyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət və rəngkarlıq ixtisası tələbələrinə “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda onlayn seminar- diskussiya keçirilib.

Seminarı giriş sözü ilə Naxşıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açaraq keçirilən tədbirlərin vacibliyini qeyd edib. Rəssam tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsinə birgə əməkdaşlığın əhəmiyyəti və vacibliyi vurğulanıb.
Hami təşkilat olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxışında bildirib ki, muxtar respublikamızda son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir. Bu həmçinin gənc rəssamların inkişafına da güclü təsir göstərməkdədir. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət və rəngkarlıq ixtisası kafedrasının tələbələri ilə birgə 2015-ci ildən bu günədək 70-ə yaxın tədbir keçirilib. Bu tədbirləri, əsasən, ustad dərslər, Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müxtəlif səpkili sərgi-müsabiqələr, gənc rəssamlar üçün təşkil olunan festivallar və tələbələrin fərdi yaradıcılıq sərgiləri təşkil edib.
Ülviyyə Həmzəyeva Təsviri İncəsənət və rəngkarlıq kafedrasının müəllim və tələbələrin suallarını cavablandırıb.
Onlayn tədbirdə gələcək planlar, startap layihələr haqqında geniş diskussiya aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR