23 Oktyabr 2020, Cümə

Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə “Payız-qış mövsümü dövründə təbii qaz və elektrik enerjisindən istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş verməsinin qarşısının alınması” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin Əraziidarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov bu cür seminar-müşavirələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, polis mayoru Elvin Səfərli, Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin nümayəndəsi Həbib Əliyev çıxış edərək Naxçıvan şəhərində yerləşən ictimai yaşayış binalarının, idarə, müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması və qazanxanada işləyən mövsümi işçilərin peşə kurslarına cəlb edilməsi, payız-qış mövsümü dövründə vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR