04 Avqust 2020, Çərşənbə axşamı

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən iyun ayında daxil olan müraciətlərə əsasən cəmi 12 mənzil (ev) “Naxçıvanqaz” Servis MMC tərəfindən qazlaşdırılmışdır.

Hesabat dövründə qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət göstərilərək Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursuna mart ayında pandemiya ilə əlaqədar ara verilmiş və iyun ayında kursun təşkili bərpa olunmuşdur.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş, 1 iyul 2020-ci il tarixə cəmi 20 min 237, o cümlədən cari ilin iyun ayında 7 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza-dispetçer sahələrinin 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə 833 çağırış daxil olmuşdur. İyun ayında muxtar respublika qaz şəbəkəsində 587 qazsızması aşkarlanaraq aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin iyun ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsində müxtəlifdiametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Muxtar respublikanın yaşayış məntəqələrində, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhər, rayon qaz istismar idarələrinin işçiləri ilə birgə reydlər keçirilmiş, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə 1 abonentə cərimə tətbiq olunmuşdur. Eyni zamanda qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti