31 Mart 2020, Çərşənbə axşamı

Epizootik tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ayrı-ayrı bölgələrdə olur, çöl quşlarının daha çox toplaşdığı ərazilərdə xəstəliktörədici mikrob və həşəratlara qarşı dezinfeksiya tədbirləri aparır, çay və su hövzələrində monitorinqlər təşkil edirlər. Növbəti belə tədbir Sədərək rayonunda Arazboyu ərazilərdə aparılıb.

Xidmətin mütəxəssisləri rayon baytarlıq idarəsinin əməkdaşları ilə birlikdə sərhədboyu ərazilərdə, çay və su hövzələrində olub, vəhşi heyvan və çöl quşlarının daha sıx olduğu ərazilərdə monitorinqlər aparıblar. Monitorinqlər zamanı ölmüş heyvan və çöl quşlarının cəsədlərinə rast gəlinməyib. Arazboyu ərazilərə, həmçinin rayon ərazisindən keçən Şir arxına da baxış olub.
Qeyd edək ki, qonşu ölkələrdən diyarımıza uçub gələn çöl quşlarının toplandığı ərazilərdə xəstəliktörədicilər olan mikrob və həşəratlar üçün münbit şərait yaranır, onlar artıb çoxalırlar. Xəstəliktörədicilər, həmçinin müxtəlif yoluxucu xəstəliklərin yaranmasına da səbəb olurlar. Bu baxımdan aparılan məqsədyönlü tədbirlər, xüsusən də dezinfeksiya işləri mühüm əhəmiyyət kəsb edir. Bu sahədə xidmətin dezinfeksiyaedici avtomaşınlarından səmərəli istifadə olunur, lazımi dərman preparatları yerlərə çatdırılır. Mütəxəssislər xəstəliktörədici həşəratların və mikrobların ola biləcəyi ərazilərə baxış keçirib, çay kənarlarında, su hövzələrində qabaqlayıcı dezinfeksiya tədbiri aparıblar.


Xəbərlər şöbəsi

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR