23 Oktyabr 2020, Cümə

Dünən Ordubad rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov açaraq rayonda bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilib. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.

Ardını oxu...

2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilmişdir. Muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzeyin yaradılması barədə məktəblilərə məlumat vermişdir. Bildirmişdir ki, muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır.
Qeyd olunmuşdur ki, fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 4255 ədəd eksponat toplanmışdır. Bu eksponatların əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Həmin eksponatlar ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyində hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışları üçün dəyərli faktlar əldə edirlər.
Ekskursiya zamanı Аzərbаycаn elminin, təhsilinin inkişafında görkəmli dövlət xadimi Hеydər Əliyеvin xidmətləri barədə məktəblilərə məlumat verilmiş, ulu öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sаhəyə göstərdiyi diqqət və qаyğıdan bəhs edilmişdir.
Sonra məktəblilər muzeyin zəngin eksponatları ilə tanış olmuşlar.

Xəbərlər şöbəsi

Nehrəm qədim tarixi olan yurd yerimizdir

Tez-tez yolum muxtar respublikanın kənd yaşayış məntəqələrinə düşür. Getdiyim hansı kənd olursa-olsun, ilk olaraq həmin yurd yerinin tarixi barədə düşünür, bu haqda məlumatlar əldə etməyə çalışıram. Bu işdə tədqiqatçı alimlərin, ziyalıların, ağsaqqalların söhbətlərinə ehtiyac duyur və onlardan bəhrələnirəm. Muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biri olan Nehrəm kəndinin də tarixi barədə hələ kəndə getməmişdən az-çox məlumat əldə etmişdim. Bilirdim ki, yaşayış məntəqəsinin adı 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrində qeydə alınıb. “Nehrəm” toponiminin etimologiyası ilə bağlı filologiya elmləri doktoru Adil Bağır­ovun fikirləri ilə də tanış idim. Alim özündən əvvəlki tədqiqatlara əsaslanaraq belə bir qənaəti təsdiq edir ki, Nuh peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) quruya çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olub. Və bu ad da Nuh peyğəmbərin adı ilə bağlıdır. Digər tədqiqatçılara görə, “Nehrəm” adı “nəhr” sözü ilə əlaqədardır. Kənd Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının suyu bol olan hissəsində yerləşdiyi üçün belə adlandırılıb. Nehrəm kəndinin tarixinin digər məqamları da yurd yerinin qədimliyindən soraq verir.

Ardını oxu...

Tarix illərin, sadəcə, ardıcıllıqla düzülüşündə baş verən hadisələrin toplusu deyil. Tarix həm də bu günün və gələcəyin müəyyənləşdirilməsi üçün qaydaları öz qatları arasında sistemləşdirib gizləyən sirr kitabıdır. Doğrudur, tarix qaydaları gizləyir, lakin tarixin bu gizləmək istəyi ört-basdır etmək deyil, qoruyub saxlamaq niyyətindən irəli gəlir. Zaman keçir və elə bir gün gəlir ki, bu gün baş verəcək hadisələri anlamaq istəyənlər dönüb keçmişə baxırlar, keçmişlə bu günün analogiyasını aparırlar və bu sirri çözürlər. “Dədə Qorqud” dastanında məşhur bir deyim var: “Oğuzun başına nə gəlsə, yuxuda gələr”. Bəzən düşünürəm ki, bu deyimdə işlədilən “yuxu” ifadəsi təkcə fizioloji mənada deyil. Yəni zaman-zaman tarixi yaddaşımız yuxuladığı üçün düşmənlərin bizi bizlə, özümüzü özümüzlə necə üz-üzə qoyduğunu unutmuşuq. Bəzən düşmənimizi unutmuşuq, o isə bizi içimizdən didməyə, parçalamağa və məhv etməyə çalışıb. Mənfur daşnak erməni ideologiyasının daşıyıcıları da bizi öz içimizdə zəhərləyiblər. Özümüz özümüzdən şübhələnək deyə! Qardaşımızdan şübhələnək deyə! Elə XX əsrin görkəmli Azərbaycan diplomatlarından biri İbrahim Əbilov kimi...

Ardını oxu...

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri kimi 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş, bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasında çevik dövlət idarəçilik sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılaraq fəaliyyəti təmin edilmişdir. Muxtar respublikada dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının fəaliyyətlərinin normativ hüquqi aktlara uyğunlaşdırılması, görülən işlərin nəticəsinin qiymətləndirilməsi, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılması komissiyanın əsas fəaliyyət istiqamətidir.

Ardını oxu...

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR