06 İyun 2020, Şənbə

Həyata keçirilmiş uğurlu siyasət nəticəsində artıq  muxtar respublika iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur

SSRİ-nin süqutu ərəfəsində bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçıvanda da uzun illər ərzində gərgin zəhmət hesabına yaradılmış iqtisadi potensial iqtisadiyyatın durğunlaşması və sonrakı dərin tənəzzülü, habelə baş verən anarxiya və xaosla əlaqədar olaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 

Taleyin hökmü ilə ağır böhranla mübarizə, iqtisadi islahatların başlanması, sabitləşmə və dinamik inkişafla xarakterizə olunan muxtariyyət tariximizin müstəqillik mərhələsi də xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Elektrik enerjisinin kəsilməsi, təbii qaz verilişinin dayandırılması, bir sözlə, muxtar respublikanın blokadaya alınması ilə Naxçıvanda iqtisadi vəziyyət və insanların gündəlik yaşayışı dözülməz həddə çatmışdı. O vaxtlar naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan, 1991-ci ilin sen­tyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən ulu öndər Heydər Əliyevin apardığı gərgin işlər sayəsində Naxçıvanı bu ağır vəziyyətdən qurtarmaq mümkün olmuşdur. Naxçıvanın böhrandan çıxarılması üçün, ilk növbədə, siyasi sabitlik, sərhəd rayonlarında erməni təcavüzünün dayandırılması təmin edilmişdir. Dahi rəhbərin şəxsi nüfuzu, qərar qəbulunda prinsipiallığı, gərgin əməyi sayəsində Naxçıvan əhalisinin ərzağa, enerjiyə olan tələbatının ödənilməsi təmin edilmişdir. Sonra Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə yollarının müəyyənləşdirilməsi, xarici ticarət və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir. Blokada şəraitində iqtisadi təhlükəsizliyin və inkişafın təmin edilməsi məqsədilə islahat proqramlarının hazırlanması və tətbiqinə başlanmışdır. Bu proqramların başlıca cəhətləri bazar iqtisadiyyatının, azad ticarətin və xarici iqtisadi əlaqələrin yaratdığı imkanlardan maksimum şəkildə bəhrələnməkdən ibarət idi. Xarici investisiyaların muxtar respublikaya cəlb edilməsi, qonşu İran və Türkiyə dövlətləri ilə iqtisadi əlaqələrin yaradılması prioritet istiqamətlər hesab edilirdi.

Ardını oxu...

Yurdumuzun təbii abidə və sərvətlərinin, onun flora və faunasının qorunmasına müxtəlif dövrlərdə səy göstərilsə də, 1969-cu ilədək bu sahədə keçirilən tədbirlər sistemli xarakter almamışdır. Yalnız ötən əsrin 70-ci illərinin əvvəllərindən – xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründən etibarən təbiətin mühafizəsinə dövlət səviyyəsində diqqət və qayğı artırılmışdır.
Ulu öndərimizin hakimiyyətə gəlişi ilə Azərbaycanın ekoloji siyasəti kökündən dəyişilmiş və ayrıca ekoloji konsepsiya yaradılmışdır. Təkcə 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun, 32 qərar qəbul olunmuş, bu sahədə elmi kadrların hazırlığına xüsusi diqqət yetirilmişdir.

Ardını oxu...

Rusiyanın “Drujba narodov” jurnalında Əkrəm Əylislinin “Daş yuxular”da çərənləməsi ölkəmizdə böyük nifrətlə qarşılandı. Öz xalqına arxadan zərbə vuran Əkrəm Naibovun bu hərəkətinə qarşı hər bir vətəndaş, ziyalılar, ictimaiyyət nümayəndələri ciddi etiraz bildirməkdədir. Bununla bağlı redaksiyamıza hər gün yüzlərlə məktub, teleqram daxil olur. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik.

Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının üzvləri öz məktublarında qeyd edirlər ki, “Əkrəm Əylislinin yazdığı “Daş yuxular” əsəri Azərbaycan xalqına arxadan vurulan zərbədir. Buna nə ad vermək olar? Məgər Əkrəm Əylisli 1918-1920-ci illərdə Bakıda, Qubada, Gəncədə, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində azərbaycanlıların ermənilər tərəfindən qanına qəltan edildiyini, kənd­lərin, evlərin dağıdıldığını, azərbaycanlıların öz ata-baba yurdlarından qovulduğunu, minlərlə insanın ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyünü bilmirmi? Əkrəm Əylislinin qondarma “Daş yuxular”ı bir daha sübut edir ki, o, azərbaycanlı kimi şərəfli adı daşımağa layiq deyil”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarım­illiyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğulamış və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər vermişdi. Dövlət başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamı və 2009-cu il 17 avqust tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın dünya peyk ailəsinin üzvünə çevrilməsinə, ölkədə peyk texnologiyalarının istehsalı tətbiqinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatında bu təşkilatın yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov açaraq məruzə edib. Məruzəçi bildirib ki, ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar olunmasında, ölkəmizin inkişafında və beynəlxalq aləmdə nüfuzunun artmasında tarixi xidmətləri var. Partiyanın yaranması o vaxt ölkəmizdə hakimiyyətdə olan qüvvələrin siyasi səriştəsizliyi nəticəsində respublikamızı bürüyən özbaşınalığın, xaosun aradan qaldırılması, Azərbaycanın parçalanmasının qarşısının alınması, dövlətçiliyimi- zin qorunması zərurətindən irəli gəlib.

Ardını oxu...

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR