13 Noyabr 2019, Çərşənbə

Naxçıvan Azərbaycan dövlətçi­liyinin inkişaf edərək möhkəmləndiyi müqəddəs bir torpaqdır. Bu ulu diyar Vətənimizə neçə-neçə dahilər bəxş etmişdir. Bu dahilərin fövqündə dayanan isə böyük öndər Heydər Əliyevdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılmış, ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevi cahanı nura qərq edən, qaranlıqları aydınladan Günəşlə müqayisə edə bilərik. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixində əməlləri, ideyaları ilə hər zaman zirvədə qərar tutacaq dahi rəhbərdir. Ulu öndərin dərin zəkası, müdrik dünyagörüşü daim Günəş kimi parlayacaq, dövlətimizin inkişaf yoluna nur saçacaqdır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, görərik ki, bu dahi şəxsiyyət xalqının rifahı üçün, gələcək azadlığı üçün misilsiz xidmətlər göstərmişdir. Böyük öndər inanırdı ki, Azərbaycan nə vaxtsa öz suverenliyinə, müstəqilliyinə qovuşacaqdır. Bunun üçün ölkəmizə rəhbərliyinin birinci dövründə gələcək müstəqilliyimizin təməlini yaradırdı. Adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin bərpası və yaşadılması, milli şüurun formalaşdırılması ilə hələ Sovet hakimiyyəti illərində milli azadlıq ideyalarının formalaşdırılmasına başlanılmışdır. Ulu öndər bununla xalqımızı uzun illər həsrətində olduğu azadlıq arzusunun çin olacağına inandırmışdı. Ana dilinin ötən əsrin 70-ci illərinin sonlarından etibarən dövlət dili səviyyəsinə qaldırılması, tariximizin yenidən, əhatəli və obyektiv şəkildə araşdırılması, milli mənafeyimizi təbliğ edən ziyalılarımızın, onu tərənnüm edən şair və yazıçılarımızın sovet ideologiyasının hücumlarından dövlət səviyyəsində qorunması o zamankı gəncliyi müstəqilliyə, azadlığa ruhlandırmışdı. Məhz həmin gəncliyin ötən əsrin 90-cı illərinin əvvəllərində orta nəsil nümayəndələri kimi azadlıq arzusu çin oldu. Xalqımız öz müstəqilliyinə qovuşdu. Lakin azadlıq əldə etmiş xalqımızın müstəqil dövləti ciddi təhlükələrlə üz-üzə idi. Bu təhlükəni 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan xalqımızın böyük oğlu Heydər Əliyev öz uzaqgörənliyi və dönməz iradəsi ilə dəf etdi. Buna görə ulu öndərin adı tariximizə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. İstər Azərbaycana rəhbərliyinin birinci dövrü, istərsə də müstəqillik illərində onun rəhbərliyi altında ölkəmiz daim tərəqqi etmiş, beynəlxalq aləmdə tanınmışdır.

Ardını oxu...

“İntibah” anlayışı hansısa bir tarixi inkişaf dönəmini əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilmişdir. Klassik tarixşünaslıqda bu anlayış, əsasən, Şərqin sürətli mədəni, elmi, iqtisadi tərəqqisini əks etdirən Müsəlman İntibahı dövrü və Qərbin mədəni, elmi-texniki, iqtisadi inkişafını və tərəqqisini əks etdirən Avropa İntibahı dövrü ilə əlaqədar işlədilmişdir. Bu iki klassik intibahı təhlil edərkən alimlər xüsusilə bir məqama – varislik məsələsinə diqqət yetirmişlər. Yəni dünya tarixinin iki intibahı məntiqi olaraq biri digərinin nəticəsi olmuşdur. Müsəlman İntibahı dövrü X-XII əsrləri əhatə edərək Avropa intibahına zəmin yaratmışdır. Lakin yuxarıda haqqında danışdığımız hər iki intibah müəyyən ortaq dəyərlərə sahib olan ölkələrin ümumi siyasi, iqtisadi, mədəni, ictimai inkişafını səciyyələndirir. Bununla yanaşı, müxtəlif ölkələrin tarixinin xüsusi dövrləri olmuşdur ki, bu dövrlərdə ölkənin sürətli inkişafı və qüdrətlənməsi baş vermiş, həmin dövr lokal intibah və tərəqqi dövrü kimi səciyyələndirilmişdir. Bu mənada Azərbaycan tarixində də bir neçə intibah dövrünü qeyd etmək olar. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ən qədim dövrlərdən günümüzə qədərki tarixinə ümumi nəzər salarkən, fikrimizcə, üç intibah dövrü haqqında danışmaq mümkündür.

Eramızdan əvvəl IX-VII əsrlər Naxçıvan tarixinin birinci intibah dövrü, eramızın XII əsri Naxçıvan tarixinin ikinci intibah dövrü, XX əsrin sonu, XXI əsrin əvvəlləri isə bu qədim yurdun tarixinin üçüncü intibah dövrüdür.
Hər üç intibah dövrü üçün xarakterik olan əsas cəhət ondan ibarətdir ki, göstərilən dövrlərin hər birində Naxçıvanın tərəqqisi və inkişafı birbaşa olaraq Azərbaycan ərazisində formalaşmış müstəqil dövlətin mövcudluğu ilə əlaqədar olmuşdur.

Ardını oxu...

Hər bir dahi şəxsiyyət tarixə öz xalqı qarşısındakı fövqəlbəşər xidmətləri ilə düşür. Bu dahi şəxsiyyətlərin böyüklüyü ondadır ki, onlar öz xalqı qarşısında misilsiz xidmətlər göstərir, onu xoş günlərə qovuşdururlar. Ulu öndərimiz Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Bu gün hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının həyatında ulu öndər Heydər Əliyevin işi və əməlləri yaşayır. Biz bu gün hara baxırıqsa, ulu öndərin qurub-yaratdıqlarını, xalqımıza bəxş etdiyi quruculuq töhfələrini görürük.
Ulu öndər həyatını Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr etmişdir. Ölkəmizdəki sabitliyin, sürətli iqtisadi inkişafın, həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin hər biri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqının xoşbəxtliyi, səadəti, onun dövlətçiliyi, Vətənin müstəqilliyi üçün çalışmış dahi siyasətçi bu gün öz xalqının qəlbində yaşayır. Bu böyük xalq haqlı olaraq öz dahi oğlu ilə fəxr edir, öyünür, qürur duyur. Bəli, öyünməyə haqlıyıq, çünki ümummilli lider Heydər Əliyev bugünkü müstəqilliyimizi odun-alovun içindən öz həyatı bahasına çıxarıb xalqımıza bəxş etmişdir. 21 yaşı olan müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
 Ulu öndər müstəqil Azərbaycanın əbədi, sarsılmaz və dönməz olması üçün əsaslı, etibarlı, möhkəm təməl üzərində demokratik prinsiplərə əsaslanan dövlətçilik əsasları yaratmışdır. Bu gün Heydər Əliyevin yolunu onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı, bütün dünya dövlətləri bu gün Azərbaycanın Heydər Əliyev yolu ilə addımladığını, ölkəmizin inkişafını görür. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda ümummilli liderin dəst-xətti görünür, nəfəsi duyulur. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin işi və əməllərinin layiqincə yaşadılmasının şahidi oluruq. Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin ideyalarına sadiq qalaraq ölkəmizi inamla irəliyə aparır. Ordumuz güclənir, iqtisadiyyat yüksəlir, xalqımızın həyat səviyyəsi günbəgün yaxşılaşır. İndi Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi kimi inkişaf edir, yaşayır, möhkəmlənir. Ona görə də xalqımız ölkə Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir.

Ardını oxu...

   Hər bir xalqın tarixində elə günlər, elə hadisələr olur ki, ulu Tanrı bu ərməğanları ilə o xalqa yeni doğuluş, yüksəliş bəxş edir, o gün, o hadisə tarixə, yaddaşlara köçür, əbədiyaşarlıq qazanır. Qədim Naxçıvan torpağında dünyaya göz açan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi də Azərbaycana sabitlik, tərəqqi, xalqımıza yüksək rifah bəxş etmişdir.
  Mübarizələrlə dolu şanlı tarixə malik Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müstəsna yer tutur. Ümummilli liderimiz mənsub olduğu xalqın müstəqillik arzularını reallığa çevirməklə öz tarixi missiyasını uğurla yerinə yetirmişdir. Dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə xalqımızın böyük oğlunun göstərdiyi qətiyyət və iradə onun sonsuz Vətən sevgisinin parlaq nümunəsidir:

                                         O, adi insan deyil, insanlığın tacıdır,
                                         Ürəyi bir millətin yoluna məşəl oldu.
                                         Əməliylə, işiylə xarüqələr yaratdı,
                                         Adilikdən çıxaraq O, fövqəlbəşər oldu.

Ardını oxu...

     Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev lektoriyası” keçirilib.

      Tədbirdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib.
     Məruzəçi bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində saxlayaraq onların sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmalarına çalışırdı. Bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, gənclərimiz ictimai həyatın müxtəlif sahələrində öz potensiallarını gerçəkləşdirmək imkanlarına malikdirlər. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı muxtar respublikada da ən yüksək səviyyədədir. Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, muxtar respublika gənclərinin səsi artıq dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil ocaqlarından gəlir. Hər il yüzlərlə gənc yüksək ballarla məşhur universitetlərin tələbəsi adına layiq görülür, həyata hazırlanır, ölkəmizin adını yüksəklərə qaldırır, göstərilən etimadı doğrultmağa çalışırlar. Gənc­liyin sağlam, vətənpərvər ruhda yetişməsi, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün də regionumuzda hər cür şərait var. Son illər muxtar respublikada gənc­lərin dövlət strukturlarına daha fəal şəkildə cəlb olunmasına xüsusi diqqət yetirilir. Artıq doğma diyarımızda bir çox məsul vəzifələrdə gəncliyin nümayəndələri çalışaraq müstəqil dövlətin daha da möhkəmlənməsi işinə öz töhfələrini verirlər.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR