12 İyul 2020, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasətinin prioritetlərindən biri də istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik olaraq yönləndirilməsidir. Muxtar respublikamızda da bu istiqamətdə davamlı olaraq islahatlar aparılır, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi yönündə bir çox tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti şagirdlərin istedadlarının üzə çıxarılmasına və milli-mənəvi dəyərlərimizə bağlı bir nəsil yetişməsinə öz töhfəsini verir.
Belə istedadlı şagirdlərimizdən biri də İnci Nəsirovadır. 2011-ci ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilən İnci bu təhsil ocağında öz çalışqanlığı və fəallığı ilə seçilib. Belə ki, o, məktəbdaxili müxtəlif viktorinalarda iştirak edərək bir neçə dəfə qalib olub. Həkimlik sənətinə olan marağı onu kimya fənnini daha dərindən öyrənməyə sövq edib.
2013-2014-cü illərdə 15 nömrəli tam orta məktəb üzrə “İlin şagirdi” nominasiyasına layiq görülən İnci, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında istedad və bacarığı ilə fərqləndiyinə görə də təltif olunub.
İnci ən böyük uğurlarından birini Rusiyada keçirilən elmi-praktik konfransda qazanıb. Belə ki, 17 mart 2020-ci il tarixdə Rusiyanın Penza şəhərində “Elm və təhsil beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransda iştirak edən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində İncinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” layihəsi müzakirə edilərək I yerə layiq görülüb.
İncinin elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov deyir ki, İnci hər zaman öz qabiliyyəti və yüksək qavrama bacarığı ilə seçilib. Şagirdinin hər zaman onun etimadını doğrultduğunu fərəh hissi ilə qeyd edən elmi rəhbər vurğuladı ki, İncinin gələcəkdə daha böyük uğurlara imza atacağına inanır.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. Taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı, hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.
Təlimə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Ardını oxu...

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə sovqat aparmaları şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Xalq-ordu birliyinin əyani sübutu olaraq Culfa Rayon İcra Hakimiyyəti tərəfindən iməciliklər yolu ilə salınmış bağlardan 400 kiloqram ərik, 500 kiloqram alma və 180 kiloqram alça “N” hərbi hissəyə, 110 kiloqram ərik, 170 kiloqram alma və 40 kiloqram alça yığılaraq sərhəd zastavasına təhvil verilib. Ümumilikdə, hərbçilərimizə tədarük olunmuş 1400 kiloqram meyvə sovqat aparılıb.

Ardını oxu...

İlin bu gözəl günlərində gəzməli, görməli Naxçıvanımızın hər guşəsi bütün növrağı ilə insanı özünə cəzb edir. Dağlar gözəli Batabatdan xan Araza, Azərbaycanın incisi Ordubaddan qeyrət qalası Sədərəyədək bütün torpaqlarımızda ana təbiətin və insan əlinin yaratdığı füsunkarlıqlar aşıb-daşır, hər qarışda kök salan quruculuq, torpağa, yurda sevgi hissləri öz bəhrəsini verir. Böyük və güclü Azərbaycanın ən qərb nöqtəsi, ölkəmizin qardaş Türkiyəyə və bilavasitə bütün Avropaya çıxış qapısı olan Sədərəyə bir gün gəlsəniz, bəlkə də, dünyanın heç bir yerində qazana bilməyəcəyiniz duyğularla dolu təəssüratlarla evə qayıtmaq mümkündür.
Sədərək haqqında çox deyilib, çoxlu yazılar yazılıb, bu yurdun şöhrətinə nəğmələr qoşulub. Ancaq nədəndirsə, bu torpağa hər gəlişində, sanki yeni bir hekayəyə şahidlik edir, onu yaşadan insanların qulaqyoldaşı olursan. Odur ki, Günəşin qocaman Ağrı dağının ağappaq zirvəsindəki rəng çalarları qədər süslənmiş Sədərəyin keçmişi, bu günü və gələcəyi üçün yaşayıb-yaradan insanları, onların əməyi barədə söhbət açmaq da ürəkdən gələn hissdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası tərəfindən aparılan monitorinqlərin nəticəsi kimi qeyd etmək olar ki, muxtar respublika teleradiolarının əməkdaşları iyun ayında baş verən yeniliklərə operativ münasibət göstərməyi bacarıb, fəaliyyətlərini günün tələblərinə uyğun qurublar. Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, “Naxçıvanın səsi” radiosunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallar hazırlanıb.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR