18 Fevral 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində “2013-cü ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasında məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, 2013-cü ildə muxtar respublika gömrük orqanları daxili bazarın qorunması, büdcənin formalaşdırılması, hüquqpozmalara qarşı mübarizə, iş prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlərlə Naxçıvanın sosial-iqtisadi inkişaf dinamikasının qorunmasına mühüm töhfələr verib.
Culfa və Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqələrinin ardınca Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində də X-Ray rentgen nəzarət-yoxlama kompleksinin qurulduğunu deyən komitə sədri bununla da, muxtar respublikaya bütün istiqamətlər üzrə gətirilən mallara gömrük nəzarətinin həyata keçirilməsi işində keyfiyyətin yüksələcəyini, avtonəqliyyat vasitələrinin beynəlxalq normalara uyğun olaraq sürətli keçidinin təmin ediləcəyini bildirib.

Ardını oxu...

“Dövlət qulluğu həm şərəfli, həm də çətin peşədir. Xalq özünün güclü dövləti ilə, dövlət isə özünün yetkin məmur kadrları ilə inkişaf edir. Dövlət qulluqçusu peşəsi – məmurluq işi mürəkkəb və spesifik fəaliyyət növüdür. Bu peşənin məsuliyyətini yaxşı dərk etmək lazımdır. Dövlət qulluqçusundan işə daim ciddi, məsuliyyətlə yanaşmaq, səriştə, peşəkarlıq, xüsusi bacarıq tələb olunur”.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən dövlət qulluqçularının andiçmə mərasimində səsləndirilib.
Komissiyada keçirilən müsabiqəni uğurla başa vurmuş və müvafiq dövlət orqanlarında işə başlamış 33 nəfərin and içdiyi mərasimdə komissiyanın sədri Etibar Musayev dövlət qulluqçularını təbrik edərək bildirib ki, müasir dövrdə kadrlarla işin yeni nəzəri-hüquqi bazasını yaratmaq məqsədilə  ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər həyata keçirilib.

Ardını oxu...

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2013-cü ilin yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını vergilər naziri Əli Mahmudov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 110 faiz əməl edilmişdir. Muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 39,5 faizi dövlət sektorunun, 60,5 faizi özəl sektorun payına düşür. Bu da onu göstərir ki, 2012-ci illə müqayisədə dövlət sektoru üzrə 3 milyon 692 min 600 manat, özəl sektor üzrə 6 milyon 278 min 500 manat artıq vəsait toplanmışdır. İqtisadiyyatın dayanıqlı inkişafında mühüm rol oynayan özəl sektorun çoxşaxəli  inkişafının təmin olunması məqsədilə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi ixrac potensialının getdikcə artırılması, yeni iş yerlərinin açılması və yüksək iqtisadi nəticələr əldə edilməsi ilə nəticələnmişdir. Rayonlarda kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Buna görədir ki, özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 60,5 faizədək yüksəlmişdir.

Ardını oxu...

35 il bundan əvvəl, 1979-cu il fevralın 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Ardını oxu...

Qədim türk torpağı Naxçıvanın muxtariyyət salnaməsi

Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR