12 Dekabr 2019, Cümə axşamı

Dekabrın 5-də “Naxçıvan” Univerisitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana Əliyeva ali məktəbin kollektivinə təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bildirib ki, muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. Bu tədbirlər paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar dağ və sərhəd kəndlərini əhatə edir. Ali təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan ətraflı danışan Seymur Talıbov əminliyini bildirib ki, bundan sonra da “Naxçıvan” Universiteti həmişə olduğu kimi qabaqcıl təhsil müəssisələri sırasında öz layiqli yerini tutacaq.

Ardını oxu...

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı xüsusilə iri məbləğdə maliyyə vəsaitinin mənimsənilməsi ittihamı irəli sürülüb.

Ardını oxu...

Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarı bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimovun dəvətilə , bu ölkənin Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Dekabrın 19-da Polşanın Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələrində həyata keçirilən Tvinninq layihələrinin icrasına dair konfrans keçiriləcək.

Ardını oxu...

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR