16 Oktyabr 2019, Çərşənbə

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş Hərbi prokuror, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ardını oxu...

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Ardını oxu...


İyirmi altı il əvvəlki mənzərə: xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik və ümidsizlik…

Bu günümüzün mənzərəsi: dəqiq işləyən dövlət və idarəçilik mexanizmi, dinamik sosial-iqtisadi inkişaf, xalq-iqtidar birliyi, möhkəm sabitlik və sabaha inam...

 Ötən 26 ildə haradan haraya gəlib çıxdıq: Hazırda dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur

Təbiətin fəsilləri – qışı, baharı var. Ölkələr, xalqlar da öz həyatında qışı və baharı xatırladan mərhələlərlə qarşılaşır. 1993-cü ilin isti yayında Azərbaycan öz tarixinin soyuq qışını yaşayırdı. Dövlət müstəqilliyini iki il əvvəl bərpa edən ölkədəki mənzərəni qeydlərimizin ilk cümləsində müxtəsər təsvir etməyə çalışmışıq. Təfərrüata gəlincə, zənnimcə, buna ehtiyac duyulmur. Sadəcə, həmin qorxulu günlərin şahidlərinin yaddaşlarını təzələməsi kifayət edər.

Ardını oxu...

Bütün istiqamətlər üzrə hərtərəfli şəkildə yüksək templə inkişaf edən müstəqil Azərbaycan dövləti dünyaya müharibə şəraitində fəaliyyət göstərib, ardıcıl olaraq yüksələn xətlə irəliyə doğru qətiyyətlə addımlamağın nümunəsini göstərir. Hazırda Azərbaycanda inkişaf prosesində olmayan, yeni-yeni nailiyyətlər əldə edilməyən, daha böyük irəliləyişlərə istiqamət almayan sahə yoxdur.

Müstəqil Azərbaycan Respublikası bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi xalqımızın rifahının yüksəlməsinə uğurla xidmət etməklə bərabər, həm də dünya birliyinə özünün sanballı töhfələrini verməkdə davam edən ölkə olaraq tarixi yolu ilə qətiyyətlə addımlayır. Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin sözün əsl mənasında real təntənəsidir.

Ardını oxu...

Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də belə şəxsiyyətlərdəndir. Oktyabrın 16-da böyük alim ömrünün 70-ci ilinə qədəm qoyur.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR