12 İyul 2020, Bazar

İyun ayından başlayaraq Kür çayında suyun səviyyəsi kəskin şəkildə azalıb.

Azərbaycanın iqlimşünas alimlərinin və ekoloqlarının araşdırmalarına görə, 2014-cü ildən başlayaraq son 6 il ərzində Kür çayının ölkəmizin ərazisindən keçən hissəsində suyun həcmində 25 faiz azalma qeydə alınıb. Neftçala, Salyan rayonlarında aparılan son tədqiqatlar zamanı isə 60 kilometr ərazidə Xəzər dənizi suyunun Kür çayına qarışdığı müşahidə edilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran general-polkovnik Zakir Həsənov bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

 

 

 

Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ardını oxu...

Naxçıvan-Sədərək magistral yolunun ərtafında, Sədərək rayonunun ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada 2 min 200 gül kolu, 50 çinar, 140 ardıc və 280 küknar ağacı əkilib.

Sahənin suvarılması üçün 1500 metr uzunluğunda damcı su xəttindən istifadə olunur.

Aksiyada Sədərək rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, aksiya bir həftə davam edəcək.

 

 

 

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR