14 Oktyabr 2019, Bazar ertəsi

Oktyabrın 9-da Xəzər dənizində maqnitudası 4,4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:06-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın uğurlarından və Sumqayıt şəhərinin 70 illik yubileyindən bəhs edən xüsusi veriliş yayımlanıb.

Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, cari ildə 70 illik yubileyi qeyd edilən Sumqayıt şəhəri haqqında yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Ardını oxu...

Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın iqtisadi həyatında tarixən Culfa şəhərinin mühüm rolu olmuşdur. Vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçmiş, bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılmışdır. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və ticarət mərkəzləri ilə geniş əlaqələr qurmuşlar. Səfəvi şahı I Təhmasib tərəfindən Culfa tacirlərinə xarici ölkələrlə ipək ticarəti üçün inhisar hüququ verilmiş, ticarət hüququ əldə etmiş tacirlər Avropa ölkələri ilə münasibətlərdə şahın xüsusi nümayəndəsi kimi çıxış etmişdilər.

Ardını oxu...

Ölkəmizdə rabitə və poçt sisteminin sürətli inkişafının təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sürətli inkişaf yolu keçmişdir.

Ardını oxu...

(Əvvəli qəzetimizin 8 oktyabr tarixli sayında)


30 sentyabr 2019-cu il. Artıq iki gündür ki, İstanbuldayam. Ancaq axtardığım insanlarla heç bir əlaqə yarada bilmirəm. Baş vermiş zəlzələ ucbatından hələ də mobil şəbəkələr fəaliyyətlərini bərpa edə bilməyib. Yaxşı ki əvvəlcədən götürdüyüm bir yaşayış binasının ünvanı var. Naxçıvanda olarkən öyrənmişdim ki, vaxtilə Mustafa xanın böyük oğlu Nəsrullah xan (Nasrullah Giray) ailəsi ilə burada yaşayıb. Həmin bina İstanbulun Kadıköy bölgəsində “Karakolhane caddesi” deyilən məşhur bir küçədə yerləşir. Oranı tapmaq üçün çətinlik çəkmirəm, binanın o məşhur adını (bir azdan deyəcəyəm) yoldan keçənlərin birindən soruşduqda, əli ilə yaxınlıqdakı pasajı mənə nişan verir. Yaşayış binasının birinci mərtəbəsi mağaza və xidmət sahələri olduğundan girişdəki dərzi yerinə üz tuturam. Yaşlı bir kişidir burada çalışan, hər halda 70-ə yaxın olar, – deyə düşünürəm. İçəri keçib salamlaşdıqdan sonra, buyurun, sizi eşidirəm, – deyir. Axtardığım insanları soruşuram. Diqqətlə məni süzüb suala sualla cavab verir: Naxçıvandan gəlmisiniz? Hə, – deyirəm. Bəs kimsiniz? Qohumlarındanam. Birdən-birə jurnalist olduğumu deyib işləri korlamaq istəmirəm. Bəlkə, danışmağa razı olmayacaq? Ancaq, deyəsən, yanılmışam. İki-üç kəlmədən sonra hiss edirəm ki, Nurəddin Polad adlı bu ixtiyar dərzi çox suyuşirin və söhbətkeş adamdır. Nasri bəyi (onu belə adlandırır) 1972-ci ildən tanıyıram, – deyə söhbətə başlayır. Yəni burada işləməyə başlayandan. Ailəsi, uşaqları ilə çox yaxın olmuşam. Ata-babaları o zaman Naxçıvanda sovetlərə qarşı ciddi mübarizə aparıblar. Sonra silahdaşları ilə bura – Türkiyəyə gəlməyə məcbur olublar. Atasını, babasını görməsəm də, oğlanları ilə, dediyim kimi, çox yaxın olmuşam. Həm də onlar bura gələndə ətraflarında yaxın silahdaşları da olub. Mən həmin insanlardan yalnız birini gördüm. Ad-soyadı Yaqub Əhmədov idi. O zamanlar Nasri bəyin yanına vaxt tapdıqca gəlib-gedərdi. Çünki Elazığda yaşayırdı. Nədənsə, qismət onu ora aparıb çıxarmışdı. Hətta orada bir otel də tikdirmişdi. Adı “Azər” oteli idi. 1992-ci ildə mən Elazığda olanda həmin otel fəaliyyət göstərirdi, ancaq indisindən xəbərim yoxdur. Sonra eşitdim ki, Yaqub da rəhmətə gedib. Bura – Türkiyəyə gələndə Nasri bəygilin bir fotoşəkli vardı, mənə göstərmişdi atası, babası ilə birgə. Bax həmin fotoda Yaqub da var idi gənc yaşlarında. Ancaq indi üstündən çox illər keçib, səhv etmirəmsə, övladları indi də Elazığda yaşayır.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR