28 Sentyabr 2020, Bazar ertəsi

Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir.

Bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə aldığını, Ermənistanın hərbi doktrinasında mülki əhalinin hədəf kimi göstərildiyini bildirən Prezidentinin köməkçisi deyib: “Biz 1990-cı illərdə də, 2016-cı ilin aprel döyüşlərində də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. On dörd mülki Azərbaycan vətəndaşı yaralanıb”.

 

 

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinin, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.

Ardını oxu...

Münasibət

İllərdir, başqa güclərin hesabına yaradılan Ermənistan, ənənəsinə sadiq qalaraq bu gün Azərbaycan torpaqlarında həmin güclərin maraqlarına xidmət etmək üçün qurban verməkdə davam edir. Aydın olmayan dərrakə, məqsədini aşan bu yaxınlıq açıq yox, gizlədilmiş provokasyonla üzə çıxır. Müdafiə Nazirliyinin məlumatına görə səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrimizi, mülki əhalini hədəf alaraq minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub. Yaralılarımız və şəhidlərimiz var. Düşmənlərimiz səhər saatlarında Azərbaycan torpaqlarında əyləşib qarşı Azərbaycan ərazilərini havan bombasına tutub gözdağı verməyə çalışdılar. Düşmənin fikri 1990-cı illərin Azərbaycanına getdi. Ermənistan 1990-cı illərin Ermənistan psixologiyasında olsa da, biz həmin illərin psixologiyasında deyilik. Aradan 30 il keçib.  O zaman Qarabağ və digər işğal olunmuş ətraf ərazilərdə əli yalın əhaliyə divan  tutmaqla, daxildə ixtişaşlar yaratmaqla psixoloji təzyiq göstərərək əhali arasında inamsızlıq formalaşdırıb yerlərindən, yurdlarından didərgin salıb, torpaqlarımızda dəsgah qurdular. Bu gün də elə bildilər ki, həna o hənadı. Amma Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, ey dünya birlikləri, ey cinayətkar, təxribatçı ermənilər  bu həna o hənadan deyil! Ola da bilməz. Bu tələ o tələdən də deyil. Çünki artıq müstəqilik. Bu dava o davadan da  deyil. Ona görə ki, qarşınızda inkişaf etmiş bir ölkə var. Biz nə həmin Sovetlərdən qalan onların asılılığında əzilən, iqtisadiyyatı məhv olmuş bir  ölkəyik. Nə də ki, həmin silahsız, ordusuz xalq!  Biz indi öz qərarlarını verməyi bacaran, iqtisadiyyatına, enerji potensialına, neft sektoruna, qaz-boru kəmərlərinin intensivliyinə güvənən, inkişaf edən və yüksələn demokratik, totalitar bir ölkəyik. Azərbaycanın güclü lideri, ətrafında sıx birləşib onu dəstəkləyən xalqı, dəstəkçisi qardaş Türkiyə Respublikası var. Bunu dərk edən ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ də səssiz qalması və heç bir reaksiya verməməsi dünya ölkələrinin bir daha bizə qarşı məqsədini ortaya qoyur. Yalnız Amerika Birləşmiş Dövlətləri savaşı qınamaqla, ATƏT-in Minsk qrupu həmsədrləri bizi yayındırmaqla, çözümü olmayan bir açıqlama ilə üstündən keçir bu məsələlərin. Təkcə bu faktlar bəs edir ki, biz başa düşək ki, bu işdə ermənilər özbaşına deyil. Onların güvəndikləri, arxalandıqları var. Ermənilərin 30 ildir, yad torpağında əyləşməsinin nəticəsini, BMT-nin 4 qətnaməsinin hələ də öz həllini tapmamasının səbəblərini bizə xatırladır. Xatırladır ki, bu gün yanında dayanan NATO-nun üzvü olan və Azərbaycanı daim dəstəkləyən qardaş ölkə Türkiyə dövlətidir. Rəsmi Twitter səhifələrində Türkiyə Cumhurbaşkanı Rəcəp Tayyip Ərdoğan ölkə Prezidenti cənab İlham Əliyevlə telefon danışığından sonra    vəziyyətə siyasi qiymət verərək qeyd edib: “Bu gün etdiyimiz telefon görüşməsində dirayetli və qərarlı duruşuna bir daha şahit olduğum Azərbaycan Cumurbaşkanı qardaşım, İlham Aliyevə ifadə etdiyim kimi, Türkiyə “tək millət iki dövlət” anlayışıyla, azərbaycanlı qardaşlarıyla dayanışmasını gücləndirərək sürdürəcəkdir”.

Ardını oxu...

Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı növbəti videoda isə bölmələrimizin uğurlu döyüş əməliyyatları nümayiş olunub.

 

 

 

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR