16 Oktyabr 2019, Çərşənbə

Ümummilli lider Heydər Əliyev tərəfində əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan inkişaf yolunun sədaqətlə davam etdirilməsi digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv, Periferik və Serebrovaskulyar İşçi qruplarının təşkilatçılığı ilə keçirilən elmi konfransda səsləndirilib.

Konfransın açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, artıq ölkəmizdə, o cümlədən muxtar respublikada yeni nəsil yüksək ixtisaslı kardioloqlar yetişib. Azərbaycanlı kardioloqlar öz bilik və bacarığı ilə dünya səviyyəsində tanınır. Göstərilən dövlət qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər.

“Ötən müddətdə Diaqnostika Müalicə Mərkəzində suni ağciyər - Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılıb, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilib, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılıb”, - deyən Niyazi Novruzov qeyd edib ki, görülən işlərin davamı olaraq bu ilin may ayında Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılıb. Ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır. Bu gün Naxçıvan şəhərindəki Kardioloji Mərkəzdə də hərtərəfli şərait yaradılıb. Bütün bunlar xəstələrin müalicə üçün digər yerlərə üz tutmadan öz vətənlərində müalicə olunmalarına geniş imkanlar açır.

Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

Ardını oxu...

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı təşkil edilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, topoqrafiya hazırlığından ərazidə azimutla hərəkət, rabitə hazırlığından radiostansiyanın işə salınması, atəş hazırlığından müxtəlif çaplı silahlardan və tankəleyhinə vasitələrdən praktiki atışlar yerinə yetirilib.

Ardını oxu...

Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəflərin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan vəzifələrin icra olunması, bütün sahələr üzrə əldə edilən ardıcıl nailiyyətlər qədim diyarı yeni-yeni zirvələrə doğru istiqamətləndirir. Ulu Öndərimizin işıqlı ideyalarına bağlılıqla, yüksək əzmkarlıqla, vətənpərvərliklə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri səmərəli nəticələr verir, şəhərlərlə yanaşı, ən ucqar kəndlər belə, abadlaşır, insanların həyat şəraiti hər gün daha da yaxşılaşır. Bu gün fəxrlə deyə bilərik ki, artıq muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Həmin yaşayış məntəqələrində sakinlərin firavan yaşayışı üçün hər cür şərait yaradılıb, göstərilən dövlət dəstəyi, mövcud əlverişli biznes mühiti mindən çox yeni ailə təsərrüfatlarının fəaliyyətə başlamasına yol açıb, insanların torpağa, yurda bağlılığı artıb.

Ardını oxu...

Qars müqaviləsi 1921-ci ilin sentyabr və oktyabrında Qarsda keçirilmiş konfransdakı danışıqların nəticəsi olaraq Cənubi Qafqaz respublikaları və Sovet Rusiyasının iştirakı ilə Türkiyə hökuməti arasında həmin il oktyabrın 13-də imzalanmışdır. Bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsidir. Müqaviləyə görə, Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapdı. 

Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-cı illərdə ermənilər silahlı qüvvələrdən istifadə edərək Naxçıvanda qırğınlar törətsələr də, əhalini ram edə bilmədilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilə ilə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edildi. 1920-ci il noyabrın 29-da Ermənistanda bol­şevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası keçirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəhbərlik etdiyi, Almaniya və Polşadan nümayəndələrin də qatıldığı 8 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb.

 “Avropada adi silahlı qüvvələr haqqında müqavilə” çərçivəsində hərbi hissələrdə müxtəlif növ və təyinatlı silah və texnikaların sayı yoxlanılıb, şəxsi heyətin məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaq üçün əsgəri-məişət komplekslərinə baxış olub.

Səfər zamanı qonaqlar açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində və muxtar respublikanın tarixi yerlərində olublar.

Nəriman Nəcəfov

 

 

 

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR