21 Sentyabr 2019, Şənbə

Erməni politoloq Styopa Safaryan son dövrlərdə həm Rusiya, həm də Ermənistan mətbuatında daha çox adı çəkilən şəxslərdən biridir. Rusiyanın www.prtime.ru saytında Styopa Safaryanla Ermənistanın baş naziri Nikol Paşinyan və onun mətbuat katibi Vladimir Karapetyanın gizli və bir o qədər də alçaldıcı vatsap yazışmalarını ortaya çıxarıb.

Styopa Safaryan haqqında deyilir ki, onun fəaliyyəti əsasən çirkli və qaranlıq işlərdən ibarətdir. Diqqətə çatdırılır ki, bu yaxınlarda Styopa Safaryana məxsus olan “İphone” markalı telefon itib. Əslində isə bu hadisə planlı şəkildə və siyasi motivlər əsasında hazırlanıb. Hücum isə  bir qrup şəxs tərəfindən törədilib.

Bu faktlar Safaryana məxsus telefonun itməsindən sonra mətbuata sızıb. Bir sözlə, telefonda baş nazir Nikol Paşinyana, onun mətbuat katibi Vladimir Karapetyana və Styopa Safaryana məxsus “Whatsapp” yazışmaları var. Yazışmalarda üçlük arasında rüşvət sövdələşmələrindən və pulla kiminsə prokuror vəzifəsinə gətirilməsindən və həmin şəxsdən 30 milyon dram rüşvət alınmasından bəhs olunur. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan dəllallıq edən Safaryana baş nazirlə olan söhbəti barədə yazır, hətta vurğulayır ki, baş nazir çox dözülməz insandır, hərdən o elə danışır ki, istər istəməz insanda ikrah hissi yaradır.   

Ardını oxu...

 

 

 

Amerikanın “Washington Examiner” jurnalında siyasi icmalçı Covanni Visente Romeronun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc edilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb olunduğu genişmiqyaslı əməliyyat-taktiki təlimləri sentyabrın 20-də başa çatıb.

Sentyabrın 16-da başlayan təlimdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilib.

Təlimdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

  

Bu, muxtar respublikada mətbuatın yeni mərhələdə inkişafına təkan verəcəkdir 

Müasir dövrdə kütləvi informasiya vasitələri hər bir ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayan əhəmiyyətli təsir vasitələrindəndir. Təsadüfi deyil ki, ölkələrin gələcək perspektivləri, beynəlxalq aləmdə tutduğu mövqeyi nəzərdən keçirilərkən həmin dövlətlərdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinə daha çox diqqət yetirilir, bir sıra məsələlər bu amillə dəyərləndirilir. Çünki müasir təcrübədən də göründüyü kimi, mətbuatı zəif olan dövlətlər istər daxili, istərsə də xarici siyasətin həyata keçirilməsində ciddi maneələrlə qarşılaşır ki, bu da, nəticədə, bütün sahələrdə geriləməyə yol açır. Bu gün qürurla deyə bilərik ki, gündən-günə çiçəklənən, güclənən ölkəmizdə, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə geniş məruzə ilə çıxış edən Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Məharətlə tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib, əhalinin rifah halı yaxşılaşdırılıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR