22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib. 

Konfransı giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları departamentə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların ekskursiyalarda iştirakı təmin olunur.
“Naxçıvan” Universitetinin təcrübə rəhbəri Əli Cabbarov və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat veriblər. Qeyd olunub ki, təcrübə müddətində tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və tabeliyində olan müəssisələrin, eləcə də Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.
Sonda suallar cavablandırılıb, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR