15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Ağbulaq Xizək Mərkəzinin müdiri Fərid Seyidov bildirib ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir.

Tədbirdə “Natiq Travel” MMC-nin müdiri Natiq Paşayev çıxış edərək bildirmişdir ki, muxtar respublikanın turizm potensialı xarici turistlərin diyarımıza marağını daha da artırıb. Son dövrlərdə istifadəyə verilən Ağbulaq Xizək Mərkəzi, Saat Meydanı, digər kafe və restoranlar daxili turizmin inkişafına öz töhfəsini verməkdədir.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR