10 Avqust 2020, Bazar ertəsi

Yeni növ koronavirus (COVID-19) böhranı getdikcə zəiflədiyindən Böyük Çin səddinin turistlər üçün olan hissələri yenidən fəaliyyətə başlayır.

 Səddin paytaxt Pekindən keçən hissəsinin turistlərin ziyarəti üçün nəzərdə tutulan Cuyonquan bölməsi, habelə 1368-1644-cü illərdə Çini idarə etmiş Min sülaləsinin imperatorlarının və ailə üzvlərinin məzarları olan məbəd təxminən 2 aylıq fasilədən sonra yenidən ictimaiyyət üçün qismən açılıb. Həmin yerlərə giriş COVID-19 infeksiyası ilə əlaqədar xüsusi profilaktik və nəzarət tədbirləri çərçivəsində mümkündür. Belə ki, əvvəlcədən onlayn qaydada bilet bron etmiş turistlər səddə və məbədə girərkən onların bədən hərarəti ölçülür. Bundan başqa, turizm obyektlərinin iş vaxtı pandemiyadan əvvəlki dövrlə müqayisədə daha qısadır.

Obyektlərin administrasiyası epidemiya ilə mübarizəyə verdikləri töhfələri dəyərləndirmək məqsədilə ölkənin bütün tibb işçilərini il ərzində ödənişlərdən azad etmək qərarına gəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl səddin Badalin hissəsi də turist ziyarətləri üçün qismən açılıb. Amma kanat xətti hələ bağlı olaraq qalır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR