12 Noyabr 2019, Çərşənbə axşamı

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Turizm könüllüləri” layihəsinə qoşulan tələbələrin iştirakı ilə “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq qeyd edib ki, qədim diyarımızın geniş turizm potensialı var və bu turizmin bir çox növünün inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq­-quruculuq işləri turizmin inkişafına təkan verib. Bunun nəticəsində muxtar respublikaya üz tutan turistlərin sayı ilbəil artır.
Tədbirdə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova və “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Əli Cabbarovun çıxışları dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 Pərviz HACILI

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR