15 Oktyabr 2019, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov giriş sözü ilə açıb. Bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikada da dövlət qulluğu sistemi günün tələbləri səviyyəsində qurulub və bu sahədə bir sıra zəruri islahatlar həyata keçirilib.
Qeyd olunub ki, komissiya tərəfindən bu günədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1226-sı müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutanların 36,9 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Ümid Qurbanov çıxışında onu da deyib ki, dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə mühüm vəzifələr düşür. Belə ki, dövlət qulluqçusu dövlətçiliyə daim sədaqət nümayiş etdirməli, qanunvericiliyi dərindən öyrənməli, tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səy göstərməlidir.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı çıxış edərək ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasətindən, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətlərindən və dövlət qulluqçularının üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşdırılması ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli liderimiz Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-­mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Natiq, milli təhlükəsizliyə təhdidlər və dövlət qulluqçularının qarşısında duran vəzifələrdən də danışıb.
Sonra komissiyanın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Razi Məmmədov dövlət qulluqçularının etik davranış qaydalarından bəhs edib.
Seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunub, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR