22 İyul 2019, Bazar ertəsi

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Türkiyə ilə sərhəddə yerləşən muxtar respublikadır. Mən Naxçıvana ilk dəfə 1998-ci ildə getmişdim. Həmin dövrlərdə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin prospekt və küçələri indiki kimi deyildi. Elektrik enerjisi də yox idi. Şəhər daha çox kəndi xatırladırdı. İndi isə Naxçıvan şəhəri keçmişlə müqayisə edilə bilməz. Bugünkü Naxçıvana getdiyiniz zaman gömrük-keçid məntəqəsindən başlayaraq bir Avropa şəhərinə doğru yol aldığınızı hiss edirsiniz.

Naxçıvana yolçuluq

Gömrük işçilərinin mədəni, yardımsevər münasibəti, gülərüz olmaları insanda əminlik yaradır. Buradan Naxçıvana yolçuluq başlayır. Muxtar respublikanın kəndlərindən keçərkən yolların təmizliyi, səliqə-sahman diqqəti cəlb edir. Yol kənarlarında kiçik bir tullantıya belə, rast gəlmək mümkün deyil. Yaşıllıqlar arasındakı yolçuluğumuz bizi muxtar respublikanın paytaxtına çatdırır. Bir şəhər bu qədərmi təmiz olar? Ətrafında kəndlərin yerləşməsinə baxmayaraq, şəhərdə hər tərəfin təmiz olması həm də buradakı insanların nə qədər mədəni və təmizkar olduqlarını göstərir.

Naxçıvandakı geniş prospektlər, piyada yolları, müasir binalar insana bir Avropa şəhərini xatırladır. Təmiz küçələri, maşınların intizamlı hərəkəti diqqətimizi çəkdi. Onu da deyim ki, Naxçıvanda piyadalar keçidə addım atdıqları zaman maşınlar o dəqiqə dayanır və piyadaya yol verilir. İnsanların səmimiyyəti sizi öz ölkənizdəki kimi hiss etməyinizi təmin edir və ilk başdan təhlükəsiz şəkildə səyahət edəcəyinizə əmin olursunuz. Ucqar kəndlərə belə, təbii qazın çəkilməsi muxtar respublikada insan amilinə verilən dəyər kimi diqqətimi daha çox çəkdi. Hər bir yaşayış məntəqəsinin təbii qazla təmin edilməsi üçün səylə çalışan zəhmətkeş insanları təbrik etmək lazımdır. Çünki bu həm də havanın təmiz olması deməkdir.
Naxçıvanı gəzərkən buranın çox böyük bir mədəniyyətə ev sahibliyi etdiyinin şahidi olursan. Muzeylərdə nümayiş etdirilən və keçmiş dövrlərdən qalan əmək alətləri insanı xəyalən miladdan öncəki dövrlərə aparır. O dövrə aid eksponatlar hələ də qorunub saxlanılır.
Açıq Səma Altındakı Muzeydəki qoç heykəllər, Möminə xatın türbəsi və Əshabi-Kəhf ziyarətgahı insanı ovsunlayır. Naxçıvan şəhəri sanki tarixi yaşadır. Belə söyləyirlər ki, ilk dəfə keçən il çıxdığım Haçadağın zirvəsi Nuhun gəmisinin çarpması nəticəsində iki hissəyə parçalanıb. Ötən il Xocalı faciəsini anmaq üçün fevralın 26-da, bu il isə fevralın 24-də idmançı dostlarımla buranı ziyarət etmişdik. Haçadağın zirvəsindən Ağrıdağını izləmək insana ayrı bir həyəcan bəxş edir. Burada vəhşi heyvanlardan dağ keçilərinə, vaşaqa, canavara və tülküyə rast gəlmək olar.

Naxçıvanın buz kimi təbii mineral suları, duz mağarası, gözəl gölləri və dövrünün böyük hökmdarı Teymurun işğal edə bilmədiyi Əlincəqala başlıca gəzməli-görməli yerlərindəndir. Muxtar respublikanın Ordubad rayonunda fərqli növdə limon yetişdirilir. Ümumiyyətlə, bu diyar bitki müxtəlifliyi ilə çox zəngindir. Yerli mətbəx nümunələrindən külə və kartof kababları ən çox bəyəndiklərimdəndir.

Son illər Naxçıvanın bu səviyyədə inkişafı, eyni zamanda təhsilin səviyyəsinin də yüksək olması gözümdən qaçmadı. Əhalinin əksəriyyətinin universitet məzunu olması təhsilə nə qədər böyük əhəmiyyət verildiyini göstərir. “Yaradıcı gənclər festivalı”nda uşaqların hazır­ladıqları heykəlləri, əl işlərini, maketləri, çəkdikləri rəsmləri təqdim etmələri, musiqi nömrələri və folklor nümunələri ilə çıxışları daha kiçik yaşlarından onların istedadlarının üzə çıxarılması üçün görülən nümunəvi işdir. Festival çox gözəl təşkil olunmuşdu.
Bir sözlə, tətilinizi mənalı keçirmək, gözəl istirahət etmək və gəzmək istəyirsinizsə, mütləq bu şirin diyara – Naxçıvana getmək lazımdır.

Muhammed Akkuş
“Serhad Birikim” qəzetinin əməkdaşı
Siyasalbrikim.org
4 may 2019-cu il

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4291175
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3696
5297
3696
122533
4291175

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter