13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Gündən-günə çiçəklənən, böyük nailiyyətlərə imza atan qədim Naxçıvanda turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahənin inkişafına göstərilən diqqət və qayğının növbəti ifadəsidir. 

Turizm ehtiyatlarımızın gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfə

Həmin sərəncama əsasən muxtar respublikanın füsunkar bölgələrindən biri olan Şahbuz rayonunda yaradılan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi kənd turizminin inkişafını daha da sürətləndirib ona yeni çalarlar qatacaqdır. Dövlət sənədində qeyd olunduğu kimi əlverişli təbii-­coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ağbulaq kəndi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb, Ağbulaq İstirahət Mərkəzi yaradılıb. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib.

Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, kənddəki evlər yenidən qurulub, dam örtükləri və fasadlar yenilənib, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılıb, təsərrüfat binaları tikilib. Bundan əlavə, kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılıb.
Bütün bunlar Ağbulaq Kənd Turizm­­-İstirahət Bölgəsinin yaradılmasına geniş imkanlar açıb. Məhz buna görə də Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət­­ Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görülməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsinin təmin olunması, sərəncamdan irəli gələn məsələlərin həlli isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Muxtar respublikada ilk dəfə olaraq yaradılan Kənd Turizm-­İstirahət Bölgəsi mövcud olan təşkilati turizmin daha da inkişaf etdirilməsinə və bölgədə turizmin bir çox növlərinin gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfələr verəcəkdir. 

Kənd turizminin inkişafının ­ünvanına çevrilən füsunkar məkan


Bu gün Naxçıvan-Şahbuz turizm marşrutunun Şahbuz-Ağbulaq qolu üzrə səyahətə çıxan turistlər bir anda təbiət gözəllikləri ilə insan əlinin möcüzələrinin vəhdətinin, insan rifahına xidmət edən bütöv bir rekreasiya-istirahət kompleksinin cazibəsinə düşürlər.
Bölgənin cazibədar təbii şəraiti, dəniz səviyyəsindən hündürlüyü, həmçinin bitki örtüyü və canlı aləmi ərazinin hər kvadratkilometrində müxtəlif məzmunlu istirahət pro­qramları təşkil etməyə hərtərəfli şərait yaradır.
Ağbulaq kəndində aparılmış geniş infrastruktur yenilənməsi işləri yerli sakinlərin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin də mənalı istirahətinə tam imkan verir. Ona görə ekspertlər burada yay və qış turizminin inkişafı üçün geniş imkanlar olduğunu vurğulayırlar. Bura gələn müxtəlif yaş və məşğuliyyət kateqoriyasından olan turistləri bir-birindən maraqlı istirahət gözləyir.
Ağbulağın cazibədarlığı həm də ondadır ki, bu bölgə rayon mərkəzi olan Şahbuz şəhərindən çox da uzaqda deyil: cəmi 20 dəqiqəlik rahat bir yolun ardından turistlər insanı cəlb edən möhtəşəm təbiət mənzərələri ilə qarşılaşırlar. Ağbulaq kəndinə çatmamış yolboyu qaynayan kənd həyatı, müxtəlif təsərrüfat işləri, dağ yamaclarındakı bar-bərəkət, dişqamaşdıran buz bulaqlar hər bir qonağın diqqətini dərhal cəlb edir. Avqustun qızmarında sübh vaxtı dərələrin süsən-sünbülünü şehə bürüyəndən sonra naz-qəmzə ilə dağın zirvəsinə doğru çəkilən o həzin çən yatdığı sinədə insana gəl-gəl deyir. Qışın oğlan çağında ağ örpəyə bürünmüş uca dağlar, şiş qayalar, qardan yük götürmüş ağaclar, kollar ecazkar mənzərəsi ilə insanı valeh edir. Bu seyr incəruhlu təbiət sevdalılarını, fotovideo həvəskarlarını saatlarca məşğul edir. Belə mənzərə pillə-pillə dolanan Ağbulaq yolunda hərəkət edərkən daha da gözəlləşir və buna görə turistlər istirahət məkanına çatma­mış yolüstü bulaq-abidələrin birində fasilə ­verirlər.

Ağbulaq kəndi və ətraf əraziləri ekoloji cəhətdən çox təmizdir

Əslən Şahbuz rayonundan olan “Naxçıvan” Universitetinin dosenti, Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov ilə söhbətimiz zamanı bildirir ki, muxtar respublikada hətta ən ucqar dağ kəndlərinin təmizliyinə də ciddi diqqət yetirilməsi hər bir turistdə xoş təəssürat yaradır. Kənd yerlərində sənaye tullantılarının olmaması, məişət tullantılarının da mərkəzləşdirilmiş qaydada toplanması həmin yaşayış məntəqələrində arzuedilən nəticəni yaradıb. Bu da müasir kənd turizmi qarşısında qoyulmuş ən mühüm şərtlərdəndir. Bu mənada, Ağbulaq kəndinin və ətraf ərazilərin cazibədarlığına xələl gəlməyib. Buraya gələn turistlər ilk olaraq ərazinin ekoloji cəhətdən çox təmiz olduğunu görürlər. Təmiz olduğu qədər sadə kənd həyatı da buranı seçmiş turistlərin ürəyincədir.
“Naxçıvan” Universitetinin dosenti deyir ki, müasir dövrdə hamı ekoloji təmiz qida məhsullarından danışsa da, onu bir çox turizm məkanlarında tapmaq olmur. Ancaq Ağbulaqda hər addımda ekoloji təmiz qida məhsullarına rast gəlirsən. Kənd sakinlərinin təqdim etdikləri keyfiyyətli yerli məhsullar turistlər üçün əsl tapıntıdır. Təbii yemək həvəskarları varsa, buyursun, ağbulaqlı kəndlinin təsərrüfatında sadə üsulla hazırlanan pendir­-lavaşla baldırğan gözəsi boyunca bitmiş yarpızın da bir dadına baxsınlar. Qışda isə təbii balla xamanın qarışığından ibarət səhər yeməyinin, dadlı südün yerini heç nə verə bilməz. Bu da sizə unudulmaz kənd təəssüratı.
Burada dincələn turistlər kəndin füsunkar mənzərəsindən, ekoloji təmiz məhsullarından ləzzət alır, eyni zamanda canlı təbiətlə ünsiyyət qurub müşahidə, herbari toplama, dərman bitkiləri ilə müalicə, dağ yürüşləri, kollektiv gəzintilər və landşaft turizmi ilə də məşğul olurlar.

Yayda da, qışda da gözəl mənzərəli Ağbulaq

Maraqlı bir məqam da ondan ibarətdir ki, dəniz səviyyəsindən iki min metrə qədər hündürlükdə yerləşən Ağbulaqda yayda sərin, qışda isə özünəməxsus gözəl hava şəraiti olur. Belə ki, insan burada özünü hər iki fəsildə də rahat hiss edir. Havanın ideal təmizliyi, oksigen bolluğu, yayda yaşıllığı ilə gözoxşayan, qışda isə ağ örpəyin cəlbedici mənzərəsi insanların əhval-ruhiyyəsinə çox müsbət təsir edir. Əldəyməmiş təbiət guşələri, zümzüməli bulaqlar, mineral su mənbələri, bir-birinə qaynayıb-­qovuşmuş meşə və kolluqlar, qarla örtülü dağ yamacları, zirvələr bir-iki həftə deyil, bir neçə aylığa da buraya gəlmiş turistlər üçün əvəz­edilməz təəssürat mənbələridir.
Qarşıdan qarlı-şaxtalı qış gəlir. Təbii ki, qış fəslində istirahət etmək istəyənlər də az olmur. Təsadüfi deyil ki, Ümumdünya Turizm Təşkilatının statistik göstəricilərinə görə, hər il dünya turistlərinin, təxminən, 30-35 faizi qış aylarında istirahət etməyə üstünlük verirlər. Bu, bir tərəfdən insanların məşğulluq sahəsi ilə bağlıdırsa, digər tərəfdən, sözsüz ki, onlarda qış fəslinə olan sevgi, qışın romantik görüntülərinə heyranlıqdır. Yüksəkliklərin təmiz havasından yararlanmaq, ailəliklə xoş istirahət etmək, yaşadıqları həyatın streslərindən kənarlaşmaq, istirahət etdikləri bölgənin mədəniyyətini araşdırmaq istəyi qış turizmini son illər daha çox diqqətçəkən turizm növlərindən birinə çevirib. Bu mövsümi turizmdən danışarkən insanın gözləri önündə ilk olaraq yüksək dağlıq ərazilərdə, əsasən, xizək idman növü canlanır. Bu mənada, 2018-ci il iyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlinin atılması və burada tikinti işlərinə start verilməsi bölgədə qış turizminin gələcək inkişafı baxımından çox böyük önəmə ­sahibdir.

Göründüyü kimi, Ağbulaqda turizmin hərtərəfli inkişafı üçün hər cür imkanlar mövcuddur. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması Ağbulaqda da həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, keyfiyyətli və rəqabətədavamlı turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar açıb. Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası isə bölgədə turizmin inkişafını daha da sürətləndirəcəkdir.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397650
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
645
5770
17480
56817
3397650

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter