24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Qədim tarixə və zəngin mədəniyyətə malik diyarımızın yüksək qonaqpərvərlik ənənələri, füsunkar təbiəti, özünəməxsus mətbəxi, ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun yaradılması turizmin inkişafını sürətləndirib. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı reklam-informasiya materialları hazırlanır, reklam çarxları və filmlər çəkilir. Turizmin təbliğində Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya” Turizm Şirkətinin də rolu böyükdür.
Şirkətin fəaliyyəti haqda məlumat əldə etmək üçün həmin ünvanda olduq. Direktor Anar Məmmədov bildirdi ki, “Gəmiqaya” Turizm Şirkəti 2009-cu ildə fəaliyyətə başlayıb. Şirkət son illərdə doğma diyarımızda turizm sahəsinin inkişafına öz töhfəsini verib. Burada muxtar respublika sakinlərinə dünyanın bir çox ölkələrinə turlar təklif edilir, turistlərin isə buraya gəlməsi üçün tədbirlər görülür. Bu məqsədlə dünyanın bir çox turizm şirkətləri ilə əlaqələr qurulur, müqavilələr bağlanılır. Xaricdən gələn turistlərə diyarımız haqda geniş məlumat verilməsi üçün xarici dil bilən şəxslər cəlb olunur, tariximizi, mədəniyyətimizi əks etdirən kitablardan istifadə edilir. Bunun nəticəsidir ki, “Gəmiqaya” Turizm Şirkəti vasitəsilə cari ildə muxtar respublikaya yüzlərlə turistin gəlməsinə şərait yaradılıb, onların maraqlı vaxt keçirməsi üçün maksimum imkanlar səfərbər edilib.

Turizmin daha gəlirli sahəyə çevrilməsi üçün şirkət kütləvi informasiya vasitələrinin reklam çarxlarından, xüsusilə internetin imkanlarından geniş faydalanmağa çalışır. Şirkətin www.gemiqayatravel.az saytı fəaliyyət göstərir. Hər kəs bu ünvana daxil olaraq təklif olunan turlar haqda məlumat əldə edə bilir.
Anar Məmmədov onu da bildirdi ki, Naxçıvanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər kifayət qədərdir: turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və sair. Bir sözlə, söhbət turizmin iqtisadiyyatın ən dayanıqlı, effektiv və rəqabətədavamlı sahəsinə çevrilməsindən gedir. Naxçıvanın təmiz, eyni zamanda təhlükəsiz region olması turistləri buraya cəlb edən əsas amillərdir. Naxçıvanda turizmin bütün sahələrinin – ekoloji, kənd, müalicə, dini-ziyarət və mədəni turizmin inkişafı üçün geniş imkanlar var. Doğma diyarımızın müalicəvi iqlimi, şəfalı mineral suları, zəngin təbiəti turistlərin diqqətini çəkir. Zəngəzur Milli Parkı, Şahbuz-Batabat, Ordubad bölgəsi, Duzdağ və Darıdağ kimi müalicə ocaqları, Əshabi-Kəhf, Gəmiqaya kimi tarixi yerlər və digər abidələr, adət-ənənələr, folklor nümunələri, qədim və müasir şəhərsalma ənənələri muxtar respublikamızın böyük turizm potensialının olduğunu göstərir. Turistlər muxtar respublika ilə tanışlıq zamanı ilk olaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin məzarüstü türbəsini və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini görməyə can atırlar.
Şirkətin prinsip və məqsədləri haqqında da danışan müsahibimiz dedi ki, əsas missiyamız müştərilərimizə yüksək xidmət göstərməkdir. Şirkətin son illərdə qarşıya qoyduğu məqsədlərdən biri davamlı inkişaf edərək Azərbaycanın ən yaxşı səyahət şirkətlərindən biri statusunu qazanmaqdır. Şirkətin əsas prinsipləri düzgünlük və ədalət, sıx əməkdaşlıq və hər bir işdə peşəkarlıqdır. Ona görə də gündən-günə daha yaxşı xidmət göstərməyə çalışırıq. Şirkətin inkişafı və böyüməsinə nail olmaq ən böyük hədəfimizdir.
Turizm müasir iqtisadiyyatın insanların tələbatlarının yerinə yetirilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilən mühüm fəaliyyət sahələrindən biridir. Ona görə də Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında turizm inkişaf etməkdə davam edir. Bu gün muxtar respublikamızda turizm sahəsinin inkişafına xüsusi önəm verilir. Geniş turizm potensialının mövcudluğu və bu sahəyə dövlət tərəfindən göstərilən qayğı gələcəkdə Naxçıvanı turizm məkanına çevirəcəyinə əminlik yaradır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829657
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10780
17982
28762
364717
4829657

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter