26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 


Hər bir insan gündəlik iş rejimindən artıq qalan və istirahət günlərindəki boş vaxtını övladlarıyla, ailəsiylə keçirmək üçün müxtəlif məkanlara üz tutur. Bu gün Naxçıvan şəhərində bir neçə nümunəvi istirahət məkanı, ictimai iaşə obyekti mövcuddur. Bu məkanlar içərisində Atabəylər məhəlləsində yerləşən “Nuh yurdu” restoranının öz yeri vardır.
Xüsusi layihə əsasında dizayn edilmiş restoran istər şəhərimizin mənzərəsinə verdiyi gözəl töhfələrlə, istərsə də bir-birindən dadlı milli yemək növləri ilə qısa zaman ərzində ailələr üçün sevimli istirahət məkanına çevrilib. “Nuh yurdu” restoranı çox mənzərəli və zövqlə inşa olunub. Burada şəhər sakinlərinin, eləcə də muxtar respublikamıza gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılmaqla bərabər, milli mətbəx nümunələrimiz də tanıdılır.

 

Qeyd edək ki, ümumi ərazisi 8624 kvadratmetr olan “Nuh yurdu” restoranı gölətrafı kafedən, müxtəlif quruluşa, dizayna malik iki və üçmərtəbəli restoran binalarından və Nuhun gəmisini xatırladan gəmi maketli kafe-restorandan ibarətdir. Gölətrafı kafedə su üzərində düzəldilmiş 1 ədədi hərəkətli olmaqla, 7 ədəd oturma yeri vardır. Döşəmənin şəffaf şüşədən olması suda bəslənən canlıları müşayiət edib zövq almağa şərait yaradır, buraya gələn hər kəsin diqqətini özünə çəkir. İkimərtəbəli restoran binasının birinci mərtəbəsində 8 otaq var. “Kənd otağı”, “Şərq otağı” və “Müasir otaq” adlandırılan otaqların daxili dizayn və quruluşu rəngarəngdir. İkinci mərtəbədə isə hər biri 50 nəfərlik olan iki banket zalı fəaliyyət göstərir. Üçmərtəbəli restoran binası özündə müasir dizayn elementlərini cəmləşdirir. Binanın birinci mərtəbəsində kafeteriya fəaliyyət göstərir. Balıqdan hazırlanmış yeməklərin dadına baxmaq üçün ikinci mərtəbəyə, ət və ətdən hazırlanmış milli yeməklər, o cümlədən türk mətbəxinin ən ləziz yeməklərdən dadmaq istəyənlərə isə üçüncü mərtəbəyə qalxmaq təklif olunur. Burada 300 qonağı rahatlıqla qarşılamaq mümkündür. “Nuhun gəmisi” maketi şəklində hazırlanmış bu kafe istirahət məkanına gələn hər kəsin diqqətini özünə çəkir və böyük maraqla qarşılanır. Kafe 3 açıq, 2 örtülü salondan ibarətdir. İsti yay günlərində burada təklif olunan sərinləşdirici içkilər gələn qonaqların məmnuniyyətinə səbəb olur.
Restorandakı yeməklərin hamısı muxtar respublikamızda yetişdirilən tərəvəzlərdən, yerli istehsalımız olan ət və süd məhsullarından ­hazırlanır. Milli mətbəximizin, eləcə də türk mətbəxinin ləziz təamları bu məkana üz tutan hər kəsin ürəyincədir. Burda kababın bütün növləri, müxtəlif növ dolma yeməkləri müştərilərə təklif olunur. Naxçıvanın rəngarəng milli mətbəxinin ləziz təamlarından olan qazan pitisi müştərilərin ən çox sifariş verdiyi yeməklərdəndir. Burada fərqliliyi ilə seçilən şirniyyatlar da hazırlanır. Restoran ərazisində balıq yetişdirmək üçün ayrılmış hissədə 8 hovuz yerləşir. Hovuzların hər birində 4 ton balıq saxlamaq mümkündür. Hazırda burada farel, sazan, osetrin balıqları yetişdirilir ki, bu da ilin bütün fəsillərində restorana gələn qonaqlara təzə balıqdan hazırlanmış yeməklər təklif etməyə imkan yaradır. Hər bir müştəri hovuzdan xoşladığı balıq növündən sifariş edə bilər.
Restoranın ərazisində yaşıllıqlar salınıb, oturacaqlar qoyulub. Burada olduğumuz zaman ayrı-ayrı müştərilərlə söhbət etdik. Öyrəndik ki, restoranda müştərilərə göstərilən xidmət, yeməklərin rəngarəngliyi, milli mətbəximizin nümunələrinin ən yüksək səviyyədə təqdim olunması, həmçinin qonaqlara mədəni xidmət göstərilməsi xarici ölkələrdən şəhərimizə gələn turistlərin də razılığına səbəb olur. Onu da qeyd edək ki, restoran 2016-cı ildə Naxçıvanda keçirilən “Plov” festivalında “Ən yaxşı plov” müsabiqəsi üzrə birinci dərəcəli diploma layiq görülüb. Bundan başqa, muxtar respublikada keçirilən “Xalq yaradıcılığı günləri”ndə kulinariya sərgisinin hazırlanmasında fəal iştirakına görə fəxri fərmanla təltif olunub.
Bəli, “Nuh yurdu” restoranı bu gün Naxçıvan şəhərinin nümunəvi ictimai iaşə obyektlərindən biridir. Muxtar respublikada sahibkarlığa yaradılan şərait onu deməyə əsas verir ki, gələcəkdə turizmin inkişafına töhfə verən belə məkanların sayı daha da çox olacaq.

Ramiyyə Əkbərova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397762
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11037
13363
24400
386126
4397762

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter